“Kəndlərin inkişafı ilə bağlı yeni dövlət proqramı hazırlanacaq”
Tarix: 26.06.2018 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Ramil Hüseyn: “Bu tədbirlərin icrası kəndin sosial-ictimai həyatında qadınların və gənclərin fəal iştirakına müsbət təsir göstərəcək”

“Azərbaycanda son illər aparılan iqtisadi islahatlar nəticəsində aqrar sahədə köklü dəyişikliklər baş verib.” Bu sözləri Dünya Bankının birgə təşkilatçılığı ilə “Kənd yerlərinin inkişafı və kənd təsərrüfatı” mövzusunda bilik sərgisində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn deyib. İİTKM-in departament rəhbəri ölkəmizdə kəndlərin inkişafı ilə bağlı görülən işlərdən və dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan danışaraq, həyata keçirilən institusional islahatlar, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunan mühüm sənədlər barədə məlumat verib. O əlavə edib ki, Prezidentin fərmanı ilə son iki ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi və bir sıra sahəvi dövlət proqramları təsdiqlənib: “Xüsusən də Strateji Yol Xəritəsində vurğulanır ki, kənd təsərrüfatı iqtisadi fəaliyyət növü olmaqla yanaşı, həm həyat tərzi, həm də xalqımızın uzun illərdən bəri yaşatdığı təsərrüfatçılıq ənənəsidir”. R.Hüseyn bildirib ki, kənd təsərrüfatının birinci dərəcəli funksiyası ərzaq məhsulları və xammal istehsalı olsa da, bu sahənin ekoloji tarazlığının təmin edilməsi, kənd bölgələrində sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi və kənd həyat tərzinin qorunması kimi mühüm funksiyaları da var. Ölkənin sosial-iqtisadi inkişafının müasir mərhələsində kənd yerlərinin inkişafı siyasətinin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi aktualdır: “Strateji Yol Xəritəsi çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası kənd yerlərinin sosial-iqtisadi inkişaf siyasəti üzrə potensialının güclənməsinə, kənd yerlərində alternativ fəaliyyət sahələrinin inkişafına və yerli icmaların kəndin inkişafına dair təşəbbüslərinin dəstəklənməsinə böyük töhfə verəcək. Bu tədbirlərin icrası həm də yerli özünüidarəetmə orqanlarının və kənd icmalarının kənd yerlərinin inkişafında iştirakının artırılmasına, kənd yerlərində icma səviyyəli gəlir gətirən sektorların təşviqinə, kəndin sosial-ictimai həyatında qadınların və gənclərin fəal iştirakına müsbət təsir göstərəcək. Həmçinin qarşıdakı müddətdə kəndin sosial-iqtisadi inkişafını da özündə ehtiva edən yeni dövlət proqramı hazırlanacaq. Bu baxımdan kəndin sosial-iqtisadi inkişafı üçün innovasiyalardan və texnologiyalardan daha geniş şəkildə istifadə zərurəti də yaranır”. R.Hüseyn, həmçinin ərzaq və qida təhlükəsizliyi, regionlar və kənd yerlərinin inkişafı proqramlarının gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Bildirib ki, bu gün aparılan müzakirələr zamanı Dünya Bankının mütəxəssislərinin bu istiqamətdə apardığı diaqnostik tədqiqatlar tərəflərə təqdim olunub. Dünya Bankının Azərbaycandakı nümayəndəsi Navid Həsən Naqvi isə əlavə edib ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının vacib hissəsini təşkil edir və əhalinin əhəmiyyətli hissəsini iş yerləri ilə təmin edir: “Dünya Bankı Azərbaycanın kənd təsərrüfatının məhsuldarlığını və rəqabət qabiliyyətini artırmaq üçün bir neçə istiqamətdə işləməyi məqsədəuyğun hesab edir. Bura fermerlərin bazarlarla əlaqələndirilməsi, "ağıllı" kənd təsərrüfatı metodlarından istifadə edilməsi və qida təhlükəsizliyi sisteminin gücləndirilməsi daxildir. Bu və digər istiqamətlərdə islahatlar kənd təsərrüfatının müasirləşdirilməsinə əhəmiyyətli dərəcədə kömək edəcək”. Bilik sərgisi çərçivəsində Dünya Bankının nümayəndələri Culian Lampietti və Vilfred HandertmarkI, eləcə də Tara Şarafudhin “Azərbaycanda kənd təsərrüfatının transformasiyası” mövzusunda təqdimatlar ediblər. Ümumiyyətlə isə İİTKM Dünya Bankı ilə birlikdə 3 bilik sərgisi keçirib. “ İqtisadi imkanların yaradılması üçün nəqliyyat və logistikadan istifadə”, “Ali təhsil, biznes inkubatorları və iş yerlərinin diaqnostik tədqiqatı” və “Kənd yerlərinin inkişafı və kənd təsərrüfatı” mövzularında aparılan müzakirələrdə dövlət və özəl qurumların, eləcə də akademik ictimaiyyətin nümayəndələri iştirak edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib
18.11.2018
Ermənistan atəşkəs rejimini 29 dəfə pozub
18.11.2018
XİN: Azərbaycanın qəti etirazı ABŞ tərəfinə çatdırılacaqdır
17.11.2018
Ketevan Tsixelaşvili: Azərbaycanlı qadınların Gürcüstanın ictimai-siyasi həyatındakı fəallığı qürurvericidir
17.11.2018
Milli Dirçəliş Günü Tbilisidə qeyd olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info