Ermənistan müdafiə nazirinin sabiq müavininin oğluna ittiham elan olunub
Tarix: 26.06.2018 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Ermənistan Xüsusi İstintaq Xidməti müdafiə nazirinin sabiq müavini, deputat Manvel Qriqoryanla bağlı cinayət işi çərçivəsində onun oğlu Karen Qriqoryana ittiham elan edib. “News.am” saytının məlumatına görə, Qriqoryan atasının və digər şəxslərin razılığı ilə qrup şəkilində onlara etibar edilmiş külli miqdarda mal mənimsəyib. 2016-cı ilin aprel döyüşləri və sonrakı günlərdə Rusiya Federasiyasındakı Erməni Cəmiyyəti Rusiyadan 3 UAZ markalı avtomobil, teplovizor və əsgər paltarları alaraq Ermənistana göndərib. Daha sonra cəmiyyətin nümayəndəsi K. Qriqoryanın müşayiəti ilə Qarabağa gedib, həmin mallar “DQR ordusu”na çatdırılması üçün “Yerkrapa" Könüllülər İttifaqının nümayəndəsinə təqdim olunub. Ancaq K. Qriqoryan bir qrup şəxslə əvvəlcədən razılığa gələrək 1 milyon 380 min rubl dəyərində UAZ markalı avtomobilləri Eçmiədzində yerləşən “Ara və Aytsemnik” şirkətinin ərazisinə aparıb, onlardan şəxsi məqsədləri üçün istifadə edib. K.Qriqoryanla bağlı yaşadığı yeri tərk etməmək barədə qərar verilib. Ermənistan Xüsusi İstintaq Xidməti istintaqı davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info