Ağsu fermeri: pambıq əkini sahəsini üç dəfə artırmışıq
Tarix: 26.06.2018 | Saat: 16:33:00 | E-mail | Çapa göndər





Pambıqçılığa dövlət qayğısı Ağsu rayonunda sahibkarların bu sahəyə marağını ildən-ilə artırır. Təsadüfi deyil ki, ötən il 20 hektarda pambıq əkmiş Qaraqoyunlu kənd sakini, fermer Sirac Məmmədov bu il əkin sahəsini 60 hektara çatdırıb.

“Pambıqçılıq universal texniki bitki olmaqla gəlirli sahədir. Ötən mövsümdə hər hektardan 20 sentner məhsul götürdük. Bu il isə sahəni üç dəfə artırdıq”, - deyə fermer AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib. Hazırda əsas diqqətin məhsuldarlığın artırılmasına yönəldildiyini söyləyən S.Məmmədov deyib: “Təsərrüfatmızda 12 nəfər çalışır. İkinci becərmə işləri başa çatmaq üzrədir. Sahələr alaqdan tam təmizlənib, torpaq yumşaldılıb. Hazırda torpaqdakı nəmliyi qorumaq, yumşaq saxlamaq üçün cərgəaralarına kultivasiya çəkilir. Habelə mənənəyə qarşı kimyəvi mübarizə tədbirləri aparılır”
Qeyd edək ki, pambıq sahələrinin hazırkı vəziyyəti gələcək bol məhsuldan xəbər verir. Elə buna görə də fermer inamla “Bu il tarlalardan 23 sentnerədək məhsul gözləyirik”, - deyə söylədi.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info