Volodin ermənilərə od qoyub
Tarix: 26.06.2018 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Ermənistan indi də NATO-nu təhlükəsizliyinin təminatçısı hesab edir(?)

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Bakıda səsləndirdiyi
"...Azərbaycan həmişə Dağlıq Qarabağa dair düzgün və konstruktiv mövqe tutub" sözləri dünəndən bəri erməni saytlarının əsas aparıcı mövzularından birinə çevrilib. Bu da təsadüfi deyil. Axı vaxtilə Rusiyanın Baş naziri postuna namizəd olan bu şəxs baş nazir vəzifəsinə təyin olunmasa da, Kremldə çox ciddi bir şəxs kimi qəbul edilir. Elə bu səbəbdən də onun hər hansı bir fikri Putindən gələn bir mesaj olaraq qəbul etməlidir. Bax, ermənilərə od qoyan da budur.

“ArmenianReport” saytı Volodinin səsləndirdiyi bu fikirlərin onun öz şəxsi fikirləri olmadığına əmilik ifadə edir. Saytın yazdığına görə, Kremldə həmişə, belə səviyyədə hər hansı bir şəxsi təşəbbüs cəzalandırıla bilər: “Deməli, bu Volodinin şəxsi fikirləri deyil və bəlkə də elə bu fikirləri səsləndirmək üçün o Bakıya göndərilib. Görünür, ruslar yenidən Bakını silahlandırmaq qərarına gəliblər”.
Saytın fikrincə, “belə görünür ki, Rusiya, Volodinin dili ilə, Azərbaycanın son davranışlarını (?) təqdir edir. Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki fəaliyyətinə haqq qazandırır. Məhz bundan sonra Kremlin Ermənistanı strateji müttəfiq kimi çağırmağa cəsarəti çatacaqmı?”
Saytın yazdığından belə başa düşülür ki, əgər Rusiya onlarla doğrudan da “strateji müttəfiq”dirsə, deməli onların bütün əməllərinə haqq qazandırmalıdır: “...deməli Azərbaycan düzgün və konstruktiv mövqe tutubsa, bu Ermənistanın "yanlış mövqe"də olduğuyamı bir işarədir?”
Maraqlıdır ki, ermənilər həmişə belə məqamlarda Kollektiv Təhlükəsizlik Müqaviləsinin təşkili və Avrasiya İqtisadi Birliyini önə çəkib, Moskvaya bu təşkilatlarda “strateji müttəfiq” olduqlarını xatırlatmagı xoşlayırlar. Bununla belə onlar, Ermənistandakı məxməti inqilabın nəticələri ilə barışmayan Kremldən hələ çox "sürprizlər" gözlədiklərini bildirirlər. Və hətta Ermənistandan Azərbaycanın əli ilə (?) intiqam almaq istəyirlər. Sayt daha sonra: “bununla bağlı ən narahat məsələ Bakının təkcə Rusiya tərəfindən deyil, həm də ABŞ və İsraildən aldığı “dəctəklə” bağlı əsasların olmasıdır” (?). Saytın iddiasına görə, “Bakıda keçirilən hərbi parad zamanı İsrail istehsalı olan silahların nümayişi də “sübut kimi” göstərilə bilər.
Məsəl var deyərlər...”suda boğulan saman çöpündən ümid dilər”. Belə görünür ki, indi yolayrıcında qalan ermənilər də həmin hissi keçirirlər. Onlar yenidən “ümid yeri” kimi Avropaya üz tutmaga qərar veriblər. Bunun Rusiya tərəfindən necə qarşılanacağını, təbbi ki yaxın gələcək göstərəcək. Buna baxmayaraq, “1in.am” saytı iyulun 11-12-də NATO-nun Brüsseldə keçiriləcək sammitinə Paşinyanın da qatılacagı barədə məlumat yayıb. Caytın yazdıgına görə, “Kollektiv Təhlükəsizlik Müqaviləsinin təşkili və Avrasiya İqtisadi Birliyinin üzvü olmasına baxmayaraq,
Ermənistan NATO-nu öz təhlükəsizliyini təmin etməkdə etibarlı müttəfiq hesab edir”.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info