“Jamanak”: “Rusiya müharibəyə başlamaq üçün Azərbaycana “yaşıl işıq“ yandırır?”
Tarix: 26.06.2018 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Belə görünür ki, erməni dövlətçiliyi, erməni xalqı əvvəlki ölkə rəhbərlərinin destruktiv siyasətinin bədəlini hələ də ödəməli olacaqlar. Məsələ bundadır ki, ermənilərin “bəh-bəhlə” hakimiyyətə gətirdikləri Nikol Paşayan da əvvəlki sələflərindən heç nə ilə fərqlənmir. Əksinə, bəzi məziyyətlərinə görə, əvvəlkilərdən də səbatsızdır.
Artıq bəzi açıqfikirli erməni alimləri arasında Ermənistanın hələ də dövlət kimi formalaşa bilməməsi qənaətində olanlar var. Vaxtilə prezident Levon Ter-Petrosyan ölkəsinin gələcəyi barədə danışarkən Ermənistan üçün "tunelin sonunda işıq görünmür"-deyə bildirmişdi. İndi isə həmin həyacan təbilini ermənilərin “Jamanak” nəşri yayıb. Nəşr, yenidən Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Bakıda verdiyi bəyanata istinad edərək, “Bunu Rusiyanın Azərbaycanı müharibəyə başlamağa vadar edən "yaşıl işıq"dan başqa bir şey kimi dəyərləndirmək çətindir”-deyə yazır. Maraqlıdır ki, vahimə içində olan ermənilər, indi artıq “Azərbaycanın “təhdid etdiyi” kimi, təkcə Qarabagı yox, hətta İrəvanı itirməkdən qorxurlar”.
Daha maraqlı bir nüans. Dünən ermənilərin “Hetq.am” saytına müsahibə verən erməni generalı Levon Mnatsakanyan sərhədin müxtəlif hissələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnika və qüvvələrinin müşahidə olunduğunu bildirərkən: “indi müasir hərbi-texniki imkanları olan bir rəqiblə” üz-üzə qaldıqlarını etiraf edib. Sayt əməkdaşının müharibə başlayacağı təqdirdə erməni mülki şəxslərin hücuma məruz qalma ehtimalını dəyərləndirən erməni generalın cavabını oxuyarkən, nədənsə, vaxtilə erməni prezident Levon Ter-Petrosyanın Xocalı soyqırımı ilə bağlı verilən suala Napoleonun sözləri ilə "müharibə müharibədir" deyə verdiyi cavabı xatırladlm.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Kays Minasyan: “Ruslarla daha sərt danışmalıyıq”
14.07.2018
Bütün ermənilərin Katolikosu təhlükədədir?
13.07.2018
Paşinyan: «Avropanın Ermənistanla bağlı mövqeyi aydın deyil»
12.07.2018
Valeri Balayan: “ Bizi bundan da ağır günlər gözləyir”
12.07.2018
Gürcüstanın Baş naziri hökumətin yeni tərkibini elan edib

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info