Bakıda beynəlxalq konfrans keçirilir
Tarix: 27.06.2018 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


İyunun 27-28-də Bakıda Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası və Nəqliyyatçıların Həmkarlar İttifaqları Beynəlxalq Birlikləri ilə birgə “Nəqliyyatçıların əmək hüquqlarının həmkarlar ittifaqları tərəfindən müdafiəsi” mövzusunda VII  beynəlxalq regional  konfransı keçirilir.
 
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən xəbərə görə, konfransın işində Beynəlxalq Əmək Təşkilatının, Nəqliyyatçıların Beynəlxalq Federasiyasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının,  MDB və Baltikyanı ölkələrin Nəqliyyat işçilərinin 30 həmkarlar ittifaqından 80 nümayəndə  iştirak edir.
 
Konfransa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və Respublika nəqliyyatçılarının həmkarlar ittifaqları komitələrinin  rəhbərləri də dəvət olunublar. Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının sədri Nikolay Nikiforovun sədrliyi ilə keçirilən tədbirdə Konfransın təşkilat komitəsinin sədri Gennadi Kosolapov giriş sözü ilə çıxış edib. Sonra Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibinin müavini Natalya Podşibyakina, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev,  Nəqliyyatçıların Beynəlxalq Federasiyasının dənizçilər seksiyası sədrinin birinci müavini Tomas Abraxamsson və nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
 
Tədbirin ikinci günü Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiya Şurasının 54-cü sessiyası keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
“Güclü külək regionların enerji təsərrüfatına ciddi ziyan vurub”
26.02.2020
“Yaxın 20 ildə neftə olan tələbat artacaq“
25.02.2020
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib
25.02.2020
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib
25.02.2020
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11455

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info