“TRT World” kanalı işğaldan azad edilmiş ərazilərdən reportaj hazırlayır 
Tarix: 27.06.2018 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT World” Naxçıvan Muxtar Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərindən geniş reportaj hazırlayır.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar “TRT World” kanalının jurnalistləri həmin ərazilərdə çəkilişlər aparırlar.
Jurnalistlərə 1992-ci ildə Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin 26 ildən sonra ordumuz tərəfindən azad edilməsi barədə məlumat verilib. Bildirilib ki, 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma torpaqlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində, ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edilib. Bu ərazinin 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.
Qeyd edilib ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur qalıb.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Lerik rayonunun Pirəsora və Conu kəndlərində tibb məntəqəsi tikiləcək
19.02.2019
Gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb
19.02.2019
Masallı MKS-də böyük Azərbaycan dramaturquna həsr olunmuş tədbir keçirilib
19.02.2019
Masallı rayonunda zəlzələ baş verib
18.02.2019
Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10603

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info