ABŞ Türkiyəni “S-400”-lərə görə yenə təhdid edib
Tarix: 28.06.2018 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Konstantin Kosaçev: “Ərdoğan nə Türkiyənin NATO-dakı müttəfiqlərinin, nə də daxili qüvvələrin təsir edə biləcəyi müstəqil siyasət aparır”

“Brüsseldən onun ünvanına tənqidlər artdıqca, - əsasən də Rusiyanın C-400 komplekslərinin alınması barədə, - Türkiyə prezidenti özünü daha inamlı aparır. Ərdoğan NATO-nu ikili standartlarda ittiham edir, çünki bu təşkilatın digər üzvü Yunanıstan Rusiya istehsalı olan C-300 əldə etdiyi halda, onu heç kim qınamır”

“Türkiyə Rusiyadan “S-400” tipli zenit-raket kompleksləri alacağı təqdirdə ABŞ rəhbərliyi Ankaraya qarşı sanksiyalar tətbiq edəcək.” “RİA Novosti”nin xəbərinə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yess Mitçell deyib. “Biz açıq-aydın Türkiyəyə anlatdıq ki, “S-400”-lərin əldə edilməsi fəsadlarla nəticələnəcək. Biz “Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanuna uyğun olaraq sanksiyalar tətbiq edəcəyik” - deyə Mitçell qeyd edib. Onun sözlərinə görə, adıçəkilən sövdələşmə Türkiyə-ABŞ münasibətlərinə zərbə olacaq və əvvəlki əlaqələrin bərpasını çətinləşdirəcək. ABŞ artıq neçənci dəfədir ki, Ankaraya bu məslə ilə bağlı təhdidlər səsləndirir. Türkiyə tərəfi dəfələrlə açıqlayıb ki, NATO-nun digər üzvü olan Yunanıstan da analoji silah sistemindən istifadə edir və ona qarşı Vaşinqton tərəfindən heç bir təhdid səsləndirilməyib, sanksiya tətbiq olunmayıb. Digər tərəfdən Rusiyadan alınacaq raket sistemi NATO sistemlərinə inteqrasiya olunmayaraq müstəqil şəkildə Türkiyənin hava məkanını təhlükəsizliyini təmin edəcək. Ekspertlər bildirir ki, ABŞ-ın son vaxtlar Ankaraya yönəlik bəzi jestləri də bu məsələ ilə bağlıdır. Suriyada Membiç məsələsində Ankara ilə əldə olunan razılıq da Ankaranın Rusiyadan raket sistemlərini almaqdan imtinası üçün atılan addımlardan biridir. Ankara ən yüksək səviyyədə bu anlaşmadan vaz keçməyəcəyini açıqlayıb. Yenidən Türkiyə dövlət başçısı seçilən Ərdoğanın Rusiya ilə anlaşmanı davam etdirəcəyi gözlənilir. Bu isə ABŞ-la münasibətlərdə müəyyən problemlər yarada bilər. Anadolu Agentliyi yazır ki, son vaxtlar Fransa Suriya məsələsində fəallaşıb. Artıq Suriyada bir neçə baza yaradan Fransa dövlət başçısının Moskva səfəri də bununla bağlıdır. Anadolu Agentliyi bildirir ki, Parisin bu fəallığı ABŞ-ın təzyiqi ilə edilir və məqsəd Astana prosesini dağıtmaq və sonda Rusiya-Türkiyə-İran münasibətlərində problem yaratmaqdır.
Dünən ABŞ İranla neft alveri edən müttəfiq ölkələrə, o cümlədən Türkiyəyə noyabr ayına kimi vaxt verdiyini elan edib. Həmin tarixdən sonra İrandan neft alacaq ABŞ-ın müttəfiqlərinə sanksiya tətbiq ediləcək. Türkiyə hökuməti dünən dərhal bəyan edib ki, ABŞ-ın bu qərarının onlara heç bir dəxli yoxdur, Ankara ancaq BMT qərarı olduğu halda, İrandan neft alınması ilə bağlı məsələyə baxa bilər. ABŞ-ın Ankaranı Rusiya ilə bağlı məsələdə sıxışdırdığı bir vaxtda Moskvadan müsbət bəyanatlar səslənməkdədir.
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev özünün “Facebook” səhifəsində yazıb ki, Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsindən sonra Moskva ilə Ankara arasında münasibətlər yüksək səviyyədə qalacaq, ikitərəfli gündəliyin əsas istiqamətləri üzrə əməkdaşlıq davam edəcək. Senator ölkələrin terrorizmə qarşı mübarizədə, o cümlədən İranla birlikdə üçtərəfli formatda qarşılıqlı əlaqələri davam etdirəcəyini bildirib: “Hesab edirəm ki, seçkilərdən sonra Rusiya ilə münasibətlərdə dəyişiklik o qədər də nəzərə çarpmayacaq. Ərdoğan nə Türkiyənin NATO-dakı müttəfiqlərinin, nə də daxili qüvvələrin təsir edə biləcəyi müstəqil siyasət aparır. Hazırda əlaqələrimiz yüksək səviyyədədir və əgər regionda kəskin dəyişikliklər baş verməsə, ikitərəfli əlaqələrimizin pisləşməsinə heç bir səbəb yoxdur”. K.Kosaçevin sözlərinə görə, bu, hərbi-texniki sahədə əməkdaşlığın da davam etdirilməsi deməkdir: “Brüsseldən onun ünvanına tənqidlər artdıqca, - əsasən də Rusiyanın C-400 komplekslərinin alınması barədə, - Türkiyə prezidenti özünü daha inamlı aparır. Ərdoğan NATO-nu ikili standartlarda ittiham edir, çünki bu təşkilatın digər üzvü Yunanıstan Rusiya istehsalı olan C-300 əldə etdiyi halda, onu heç kim qınamır. Ərdoğan, hətta Rusiyaya C-500 sisteminin birgə istehsalı təklifi ilə öz prinsiplərini yeritməkdə davam edir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info