Levon Mnatsakanyan: “Müasir hərbi-texniki imkanları olan bir rəqiblə üz-üzə qalmışıq”
Tarix: 28.06.2018 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Bakıda səsləndirdiyi "...Azərbaycan həmişə Dağlıq Qarabağa dair düzgün və konstruktiv mövqe tutub" sözləri erməni saytlarının əsas aparıcı mövzularından birinə çevrilib. Bu da təsadüfi deyil. Axı vaxtilə Rusiyanın Baş naziri postuna namizəd olan bu şəxs baş nazir vəzifəsinə təyin olunmasa da, Kremldə çox ciddi bir şəxs kimi qəbul edilir. Elə bu səbəbdən də onun hər hansı bir fikri Putindən gələn bir mesaj olaraq qəbul edilir. Bax ermənilərə od qoyan da budur.
“ArmenianReport” saytı Volodinin səsləndirdiyi bu fikirlərin onun öz şəxsi fikirləri olmadığına əmilik ifadə edir. Saytın yazdığına görə, Kremldə həmişə, belə səviyyədə hər hansı bir şəxsi təşəbbüs cəzalandırıla bilər: “Deməli, bu, Volodinin şəxsi fikirləri deyil və bəlkə də, elə bu fikirləri səsləndirmək üçün o Bakıya göndərilib. Görünür, ruslar yenidən Bakını silahlandırmaq qərarına gəliblər”. Saytın fikrincə, “belə görünür ki, Rusiya, Volodinin dili ilə, Azərbaycanın son davranışlarını (?) təqdir edir. Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki fəaliyyətinə haqq qazandırır. Məhz bundan sonra Kremlin Ermənistanı strateji müttəfiq kimi çağırmağa cəsarəti çatacaqmı?”. Saytın yazdığından belə başa düşülür ki, əgər Rusiya onlarla, doğrudan da, “strateji müttəfiq”dirsə, deməli, onların bütün əməllərinə haqq qazandırmalıdır: “... Deməli, Azərbaycan düzgün və konstruktiv mövqe tutubsa, bu, Ermənistanın "yanlış mövqe"də olduğunamı bir işarədir?”.
Maraqlıdır ki, ermənilər həmişə belə məqamlarda KTMT və Avrasiya İqtisadi Birliyini önə çəkib, Moskvaya bu təşkilatlarda “strateji müttəfiq” olduqlarını xatırlatmagı xoşlayırlar. Bununla belə, onlar Ermənistandakı məxməri inqilabın nəticələri ilə barışmayan Kremldən hələ çox "sürprizlər" gözlədiklərini bildirirlər. Saytın fikrincə, “bununla bağlı ən narahat məsələ Bakının təkcə Rusiya tərəfindən deyil, həm də ABŞ və İsraildən aldığı “dəstəklə” bağlı əsasların olmasıdır” (?). Saytın iddiasına görə, “Bakıda keçirilən hərbi parad zamanı İsrail istehsalı olan silahların nümayişi də “sübut kimi” göstərilə bilər. Məsəl var deyərlər...”suda boğulan saman çöpündən ümid dilər”. Belə görünür ki, indi yolayrıcında qalan ermənilər də həmin hissi keçirirlər. Onlar yenidən “ümid yeri” kimi Avropaya üz tutmaga qərar veriblər. Bunun Rusiya tərəfindən necə qarşılanacağını, təbii ki, yaxın gələcək göstərəcək. Buna baxmayaraq, “1in.am” saytı iyulun 11-12-də NATO-nun Brüsseldə keçiriləcək sammitinə Paşinyanın da qatılacagı barədə məlumat yayıb. Saytın yazdıgına görə, “KTMT və Avrasiya İqtisadi Birliyinin üzvü olmasına baxmayaraq, Ermənistan NATO-nu öz təhlükəsizliyini təmin etməkdə etibarlı müttəfiq hesab edir”. “Jamanak” nəşri Vyaçeslav Volodinin Bakıda verdiyi bəyanata istinad edərək, “Bunu Rusiyanın Azərbaycanı müharibəyə başlamağa vadar edən "yaşıl işıq"dan başqa, bir şey kimi dəyərləndirmək çətindir”-deyə yazır. Maraqlıdır ki, vahimə içində olan ermənilər, indi artıq “Azərbaycanın “təhdid etdiyi” kimi, təkcə Qarabagı yox, hətta İrəvanı itirməkdən qorxurlar”. Daha maraqlı bir nüans. Ermənilərin “Hetq.am” saytına müsahibə verən erməni generalı Levon Mnatsakanyan sərhədin müxtəlif hissələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnika və qüvvələrinin müşahidə olunduğunu bildirərkən “indi müasir hərbi-texniki imkanları olan bir rəqiblə” üz-üzə qaldıqlarını etiraf edib. Sayt əməkdaşının müharibə başlayacağı təqdirdə erməni mülki şəxslərin hücuma məruz qalma ehtimalını dəyərləndirən erməni generalın cavabını oxuyarkən, nədənsə, vaxtilə erməni prezident Levon Ter-Petrosyanın Xocalı soyqırımı ilə bağlı verilən suala Napoleonun sözləri ilə "müharibə müharibədir" deyə verdiyi cavabı xatırladım.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
06.11.2018
Son illərdə muğamın inkişafına çox böyük təkan verilib
06.11.2018
İrana qarşı sanksiyalar Ermənistanı çətin vəziyyətə salıb
01.11.2018
Ermənistanda keçiriləcək seçkilər siyasi böhrana son qoymayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info