“Rusiya 2018”də sensasiya: Dördqat dünya çempionu Almaniya qrupdan çıxa bilməyib
Tarix: 28.06.2018 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


İyunun 27-də Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının on dördüncü günündə “F” qrupunda mübarizəyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bu qrupun sonuncu turunda mundialda sensasiya qeydə alınıb. Belə ki, dördqat dünya çempionu, sonuncu mundialın qalibi Almaniya yığması Cənubi Koreyaya 0:2 hesabı ilə məğlub olaraq qrupdan çıxa bilməyib.
Qrupda Meksika ilə İsveç və Cənubi Koreya ilə Almaniya komandaları qarşılaşıblar.
“F” qrupunda bütün komandaların səkkizdəbir finala yüksəlmək şansı qaldığından qarşılaşmalar gərgin idman mübarizəsi şəraitində keçib. Səkkizdəbir finala yüksəlmək üçün mütləq qalib gəlməli olan Almaniya nəinki bu istəyinə nail olmayıb, son dəqiqələrdə buraxdığı qolla qrupdan çıxa bilməyib. Belə ki, Cənubi Koreya yığması oyunda qalib gəlmək üçün hücuma atılan dördqat dünya çempionlarını əks-hücumda yaxalayaraq hesabı açıblar. Oyuna əlavə olunmuş vaxtda Cənubi Koreya yığması iki top vuraraq oyunda qalib gəlib – 2:0.
Digər oyunda isə İsveç millisi Meksika yığmasını 3:0 hesabı ilə məğlub edərək qrup birincisi kimi səkkizdəbir finala yüksəlib. Qrupda 6 xalı olan Meksika yığması isə ikinci pillədə qərarlaşaraq “F” qrupunda səkkizdəbir finala vəsiqə qazanan ikinci komanda olub.
Beləliklə, dördqat dünya çempionu və sonuncu mundialın qalibi Almaniya yığması “Rusiya 2018” ilə vidalaşıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info