Festivala çox gözəl əhvali-ruhiyyə ilə başlayırıq
Tarix: 28.06.2018 | Saat: 12:46:00 | E-mail | Çapa göndər



“İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çox əlamətdar bir zamanda keçirilir. Bu il bir sıra yaddaqalan hadisələrlə zəngindir. Ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin və dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyləri möhtəşəm tədbirlərlə qeyd olunur. Bir sözlə, bayram bayrama qarışıb və biz festivala çox gözəl əhvali-ruhiyyə ilə başlayırıq.
Bu sözləri Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə festivalın açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Festivalın proqramının həmişəkindən də zəngin olduğunu vurğulayan Firəngiz Əlizadə deyib: “Festivalın tarixində ilk dəfə olaraq bu il UNESCO-nun “Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının” (İCTM) “Məqam” elmi-tədqiqat qrupunun X Beynəlxalq Elmi Simpoziumu keçiriləcək. Tədbirdə Yaponiyadan Almaniyayadək, 10 müxtəlif ölkədən çox tanınmış, nüfuzlu alimlər, həmçinin Azərbaycanın görkəmli elm xadimləri iştirak edəcəklər. Simpoziumdakı məruzələrdə qədim Şəkinin tarixi, mədəniyyəti, sənətkarlığı ilə yanaşı, bir çox ölkələrin ənənəvi musiqisi, onun tədqiqi və gələcək inkişafı məsələləri müzakirə ediləcək”.
Firəngiz Əlizadə bildirib ki, türkdilli xalqların mədəniyyət xadimlərini öz ətrafında toplayan TÜRKSOY Beynəlxalq Təşkilatının 25 illiyinin Şəki şəhərində qeyd olunması da musiqi mədəniyyətimizdə mühüm hadisələrdən biri olacaq.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Anadaolu Atəşi” rəqs qrupu dünya turuna başlayır
15.02.2019
VII Muğam Televiziya Müsabiqəsinin seçim turları yekunlaşıb
15.02.2019
Özünü yeni prizmadan tanımaq üçün əla fürsət
15.02.2019
Masallı şəhər Heydər Əliyev Mərkəzində Cəfər Cabbarlının 120 illiyi qeyd olunub
15.02.2019
Özbəkistanda “Nəsimi ədəbiyyat günləri” keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info