Ətli ispanaq
Tarix: 28.06.2018 | Saat: 13:03:00 | E-mail | Çapa göndər


Ərzaqlar
4 qalın dəst ispanaq (qoca olmasın)
5 yemək qaşığı kərə yağı
200-250 qram çəkilmiş mal əti
1 iri baş soğan
2 xörək qaşığı tomat pastası
Duz
İstiot
3-4 xörək qaşığı yumru düyü

Hazırlanması

İspanağı yaxşıca yuyun. Sonra iri-iri doğrayıb, bir ləyənə yığın.
Təmizliyindən əmin deyilsinizsə, üstünə su doldurub, bir az duz səpin və 5 dəqiqəlik kənara qoyun.
Bu müddət ərzində ispanağın üstündə qalmış ola bilən torpaq aşağı süzülməlidir.
İspanağı süzüb yenidən yuyun. Kənara qoyun.
Orta ölçülü qazanda yağı əridin. Əti əlavə edib ətin suyu çəkilib yağa düşənə qədər qovurun.
Soğanı ətə əlavə edib bir neçə dəqiqə bişirərək saraldın.
Tomat pastası, duz və istiotu əlavə edib qarışdırın.
İspanağı əlavə edib bir qədər yumuşalanadək bişirin.
Sonra isə düyünü əlavə edib 2-3 dəqiqə qovurun. Üstünə ispanağı tam örtməyənə qədər su töküb bişirin.
Hazır yeməyin suyu bir qədər çəkilməlidir (nə çox sulu, nə çox duru yemək olmalıdır), düyü isə bişməlidir.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Soğan kababı
12.02.2019
Kələm qovurması
31.01.2019
Balıqlı plov
22.01.2019
Pendir içlikli kotlet
21.01.2019
Kartof dolması

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info