Vyanada kosmos dövlətinin təqdimat mərasimi olub
Tarix: 28.06.2018 | Saat: 12:46:00 | E-mail | Çapa göndər


Artıq Yer üzündə yaşamaq sizin üçün maraqsızdır? Bu kateqoriyadan olan insanlar üçün “Asqardiya” kosmos dövləti gələcəkdə Ay peykində yaradılacaq yeni koloniyada məskunlaşmağı təklif edir.
AZƏRTAC xəbər verir ki, Vyananın keçmiş imperator sarayı “Hofburq”da Azərbaycan mənşəli rusiyalı sahibkar İqor Aşurbəyli tərəfindən 20 ay əvvəl yaradılmış və artıq 200 min vətəndaşı, konstitusiya və parlamenti olan “Asqardiya” kosmos dövlətinin təqdimat mərasimi keçirilib.
İqor Aşurbəyli mərasimdə bildirib ki, “Asqardiya” dünyanın ən iddialı layihələrindən biridir. Bu layihə çərçivəsində qarşıdakı 10 ildə Ayda 150 milyon əhali üçün süni qravitasiya yaradılması, “kosmos tağlarının” quraşdırılması nəzərdə tutulur. “Bu gün bəşəriyyət tarixində ən mühüm hadisələrdən biri kimi qalacaq”, - deyən azərbaycanlı sahibkar əlavə edib ki, kosmos dövlətində bütün sahələr üzrə hökumət strukturları da formalaşdırılıb.
“Asqardiya” dövləti Nors (german-Skandinaviya) mifologiyasında səma krallığı Asqardın adı ilə bağlıdır. İ.Aşurbəylinin sözlərinə görə, hazırda kosmos dövlətinin vətəndaşları arasında BMT üzvü olan 193 ölkənin hamısının sakinləri var. İnternet vasitəsilə vətəndaşlıq müraciəti pulsuzdur və vətəndaşlar intellekt əmsalına görə seçilir. Yaxın 10-15 ildə Ayda “fəza tağlarının” tikintisinə başlanılacaq, 25 il sonra isə Yerin təbii peykində daimi yaşayış üçün şərait yaradılacaq.
Vətəndaşlıq alan hər bir asqardiyalı illik 100 avro məbləğində üzvlük haqqı ödəyir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Tramp 2020-ci ildə prezidentliyə namizədliyin irəli sürəcək
14.07.2018
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
14.07.2018
Putin Fələstin, Moldova, Qabon və Sudanın dövlət başçıları ilə görüşəcək
14.07.2018
Pakistan Türkiyədən 30 ədəd ATAK helikopteri alacaq
13.07.2018
Yaponiyadakı daşqınlar təqribən 206 milyon dollar zərər vurub

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info