Moskvada Qara Qarayevin 100 illiyinə həsr olunan sərginin açılışı olub
Tarix: 28.06.2018 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Rusiya Milli Muzeyində Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunan sərginin açılışı olub.
"Əsrə bərabər olmaq" (“Bıt s vekom naravne") adlı sərgi Rusiya və Azərbaycan mədəniyyət nazirliklərinin və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunub
Sərginin açılış mərasimində çıxış edən Rusiya Milli Muzeyinin direktoru Mixail Brızqalov sərginin keçirilməsi ideyasının yaranmasından, nümayiş olunan eksponatların müxtəlif fondlardan, Azərbaycan və Rusiya muzeylərindən toplanmasından danışıb.
Sərginin ən görkəmli eksponatı görkəmli rəssam Tahir Salahovun 1962-ci ildən bu günə kimi Tretyakov Qalereyasında sərgilənən "Qara Qarayevin portreti" əsəri olub.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dahi bəstəkar Qara Qarayevlə bağlı xatirələrindən danışıb: "Bu gün mən sərgidə iki rolda çıxış edirəm. Həm səfir rolunda, həm də Qara Qarayevin tələbəsi rolunda. Qarayevin sinfində biz təkcə bəstəkarlıq sənətinin ustalıqlarını deyil, həyatın əsasını dərk etməyi öyrənirdik. O, qeyri-adi erudisiyaya və ensiklopedik biliyə malik insan idi".
Azərbaycan Mədəniyyət Nazirliyinin Rusiyadakı nümayəndəsi Nigar Axundova mədəniyyət naziri Əbülfəz Qarayevin Rusiya Milli Muzeyinin rəhbərinə və kollektivini ünvanlanmış məktubunu oxuyub, Qara Qarayevin yaradıcılığına və şəxsiyyətinə göstərdikləri diqqətə görə təşəkkürünü bildirib.
Tədbirdə görkəmli Azərbaycan rəssamı, Qara Qarayevin əfsanəvi portretinin müəllifi Tahir Salahov da çıxış edib. O, portretin yaranması tarixindən və Qara Qarayevlə münasibətlərindən danışıb.
Azərbaycan Dövlət Musiqi İncəsənəti Muzeyinin direktoru Alla Bayramova çıxışında Rusiya Milli Muzeyinə çoxillik əməkdaşlığına və Azərbaycan incəsənətinə və musiqisinə xüsusi diqqət ayırdıqlarına görə təşəkkürünü bildirib.
Sərgiyə baxışdan sonra Qara Qareyvin əsərlərindən ibarət konsert proqramı təşkil olunub. Beynəlxalq musiqi müsabiqələrinin laureatı pianoçu Riad Məmmədov, P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının tələbəsi Nazxanım Dadaşova və digərlərinin ifasında görkəmli bəstəkarın əsərləri səslənib.
Qeyd edək ki, Qara Qarayevin 100 illiyinə həsr olunan "Əsrə bərabər olmaq" sərgisi avqustun 26-dək davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Ərkyana söhbət
25.09.2018
Pərvanə Zəngəzurlunun şeirləri ürəkaçan poetik incilərdir
25.09.2018
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq
25.09.2018
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
25.09.2018
Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info