Musiqili Teatr 108-ci mövsümün ən yaxşılarını mükafatlandıracaq
Tarix: 28.06.2018 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümü yekunlaşmaq üzrədir.
Qurumun mətbuat xidmətindən bildirilib ki, mövsümün başa çatması ilə əlaqədar iyulun 3-də saat 12:00-da Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq. Artıq bir neçə ildir ki, kollektivdə yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşların mövsümün sonunda mükafatlandırılması ənənəyə çevrilib. 
Tədbirdə “Ən yaxşı kişi roluna görə”, “Ən yaxşı qadın roluna görə”, “Mövsümün ən yaxşı rejissor işinə görə”, “Mövsümün sevilən aktrisası”, “Mövsümün sevilən aktyoru”, “Mövsümün məhsuldar aktyoru”, “Bərpa tamaşasında uğurlu roluna görə”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi”, “Mövsümün ən işgüzar əməkdaşı”, “Mövsümün ən yaxşı uşaq roluna görə”, “Teatrın dostu”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün sevilən tamaşası” nominasiyaları üzrə qaliblər bəlli olacaq. Qaliblərə xüsusi prizlər və pul mükafatları veriləcək.
Mərasimdə həmçinin mövsümün seçilən aktyorlarına Azərbaycan Respublikasının xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına “Billur alma” mükafatı da təqdim ediləcək.




 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Böyük Teatrda Dinara Əliyevanın iştirakı ilə “Traviata” operası oynanılacaq
15.07.2018
Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15.07.2018
Anna Netrebko və Yusif Eyvazov Baden-Baden opera evində çıxış edəcəklər
14.07.2018
“Edam günü” filmi beynəlxalq festivalda mükafat qazanıb
13.07.2018
İsveçdə Azərbaycan mədəniyyəti ilə bağlı daha bir addım atıldı

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info