Erməni əsgər anaları: ”Seyran Ohanyanın həbsi ilə daha böyük cinayətlər ortaya çıxacaq”
Tarix: 28.06.2018 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


«Sputnikarmenia.ru»:
”Manvel Qriqoryanın həyat yoldaşı əsgər yeməklərinin oğurlanmasının iştirakçısıdır”

Ermənistan polisi Serj Sarkisyanın təhlükəsizlik şefi Vaçaqan Kazaryanı həbs edib. Bu barədə ölkənin Xüsusi İstintaq təcridxanasından məlumat verilib. Bir neçə cinayət maddəsi ilə ittiham olunan Kazaryandan axtarış zamanı böyük məbləğdə pul tapılıb. Belə ki, bir müddət bundan əvvəl onun İrəvandakı mənzilindən 35 milyon dram, 1 milyon 110 min 400 dollar və 230 min 500 evro, səhəri gün isə şəxsi qarajından 2 min dollar müsadirə edilib.
Qeyd edək ki, Ermənistanda həbslər davam etməkdədir.
«Həbsdə olan general Manvel Qrigoryanın həyat yoldaşı Nazik Amiryan həbs olunacaqmı? Bu, 72 saat ərzində aydın olacaq». Bu barədə açıqlamanı «sputnikarmenia.ru» saytına Ermənistan Müstəqil Araşdırmalar Xidmətinin rəhbəri Sasun Xaçatryan verib. Onun sözlərinə görə, artıq Nazik Amiryan polisə gətirilib. Amiryan silah və ordu mülkiyyətinə qanunsuz sahib olmaqda şübhəli bilinir. İstintaqdan əldə edilən ilkin məlumata görə, o, ərinə Eçmiadzin və Arşaluys kəndlərindəki mənzillərində silah və əsgərlərin konservləşdirilmiş məhsullarını gizlətməyə kömək edib: "Mən hələ ki, onun həbslə təhdid ediləcəyi barədə heç nə söyləyə bilmərəm. Bu , Nazik Amiryanın istintaqdakı davranışı ilə bağlı olacaq. Hər şey 72 saast ərzində məlum olacaq»-deyə Xaçatryan bildirib. Qeyd edək ki, Xaçatryan Amiryanın işi ilə bağlı cinayət prosesində bir-iki faktın sayılmadığını, onun həbsi üçün kifayət qədər dəlilin vacibliyini vurğulayıb: «Onun həyat yoldaşı general Manvelə gəldikdə isə , işin bütün şərtlərini öyrənmək üçün ən azı iki ay vaxt lazım gələcək».
Haşiyə çıxaraq bildirək ki, erməni əsgərlərinin yemək payını oğurlamaqda şübhəli bilinən general arvadı Nazik Amiryan, nə qədər qəribə də olsa, istefada olan polkovnikdir. O, polis idarəsinə gətirilənə qədər polisdən gizlənirdi. Xatırladaq ki, bu ayın 19-da erməni polisi etiketləri üzərinə "…əsgər payı" yazılmış yemək qutularını daşıyan yük maşınını saxlamışdı. Avtomobilin yoxlanılması zamanı maşının yük yerindən 2980 qutu konserv müsadirə edilmişdi. Saxlanılan sürücünün ifadəsinə görə, konserv bankaları deputat Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryanın göstərişi ilə "Yerkrapar" Könüllülər İttifaqının binasından götürülüb.

Erməni saytları Kim Qardaşyanın məşhur repçidən boşanacağı xəbərindən bərk kədərləniblər


Qeyd edək ki, bu arada orduda sülh şəraitində ölən əsgərlərin anaları yenidən Hökumət binasının qarşısına toplaşıblar. Manvel Qriqoryanın davranışı ilə bağlı Milli Təhlükəsizlik Xidmətinin videolarını şərh edən erməni analardan biri deyib: "Mən artıq səkkiz ildir ki, orduda baş verən hərc-mərclikdən danışıram. Hər şeyin- korrupsiyanın, mənimsəmənin, məhz Ermənistan ordusundan başladığını bildirirəm, lakin hələ ki. məni heç kim eşitməyib». Onun sözlərinə görə, erməni əsgərlərinin əksəriyyəti bu soyğunçuluğun şahidi olublar və onların hər hansı bir ehtiyatsızlığı bu əsgərlərin ölümü ilə sonuclanıb: «Mənim övladım da bu qanunsuzluğun qurbanı oldu. O, ölümündən bir neçə gün əvvəl mənimlə telefon danışığında xidmət etdiyi hərbi hissənin ordu yox, xaos mərkəzi olduğunu bildirmişdi. Hərbi hissədəki bütün oğurluqlara görə. ondan susmağı tələb edirmişlər. Mənimlə telefon danışığından bir neçə gün sonra onun müəmmalı şəkildə ölümü barədə xəbər tutduq». Erməni qadın bu və buna bənzər bütün cinayətlərin hələ də açılmadığını bildirib. Erməni anaları, oğullarının ölüm səbəblərinin və daha böyük cinayətlərin yalnız "Manvel Qriqoryandan sonra Seyran Ohanyanın həbsi ilə ortaya çıxacağını” düşünürlər.
Ermənistan mətbuatında yer alan xəbərlərdən biri də Kim Qardaşyanla bağlıdır. Erməni saytları «Amerikanın erməni mənşəli ulduzu»nun qaradərili həyat yoldaşı repçi Kanye Uest tərəfindən boşanma şəraitində olduğunu çox kədərli bir şəkildə oxucularına çatdırıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Kays Minasyan: “Ruslarla daha sərt danışmalıyıq”
14.07.2018
Bütün ermənilərin Katolikosu təhlükədədir?
13.07.2018
Paşinyan: «Avropanın Ermənistanla bağlı mövqeyi aydın deyil»
12.07.2018
Valeri Balayan: “ Bizi bundan da ağır günlər gözləyir”
12.07.2018
Gürcüstanın Baş naziri hökumətin yeni tərkibini elan edib

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info