Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirlərinə başlanılıb
Tarix: 28.06.2018 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Bitkiçilik məhsullarının zərərlı orqanizmlərdən mühafizəsində kimyəvi mübarizə üsulundan - müxtəlif çeşidli pestisidlərdən geniş istifadə edilməsi dünyada və Azərbaycanda ekoloji tarazlığın pozulmasına, kənd təsərrüfatı məhsullarında pestisidlərin qalıq miqdarının normadan artıq toplanmasına və qida məhsullarının keyfiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olub. Ancaq 2015-ci ildən etibarən respublikada bu kimi mənfi halların aradan qaldırılması və ətraf mühitdə sanitar-gigiyenik şəraitin bərpa edilməsi üçün bioloji mübarizə vasitələrinin tətbiqinə önəmli yer verilməyə başlanılıb. Belə bioloji mübarizə üsullarından biri də pambıq əkini sahələrində pambıq sovkasına qarşı qabaqcıl beynəlxalq təcrübədə ən səmərəli bioloji mübarizə üsulu kimi trixoqrammalardan geniş istifadə olunmasıdır.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Abşeron rayonlararası Bioloji laboratoriyası tərəfindən iyunun 24-də trixoqrammalardan istifadə etməklə başlayan və hazırda davam edən bioloji mübarizə tədbirləri Kürdəmir, İmişli və Beyləqan rayonlarını əhatə edir.
Abşeron rayonlararası Bioloji laboratoriyasında 2015-ci ildən trixoqrammanın istehsalı bərpa edilib. Həmin ildən başlayaraq İmişli və Beyləqan rayonlarının pambıq sahələrində pambıq sovkasına qarşı uğurla tətbiq edilib və pestisidlərin tətbiqindən tam imtina edilib. Nəticədə də məhsulun maya dəyəri azaldılıb və aqrobiosenozlarda mövcüd olan “bitki-fitofaq-entomofaq” sistemi qorunub saxlanılıb. Hazırda laboratoriya tərəfindən trixoqrammaların yetişdirilməsi prosesi davam etdirilir.
Qeyd edək ki, trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub, 0,4-0,8mm uzunluğundadır. Bu həşərat pambıq sofkasının yumurtasına öz yumurtasını qoyur və yumurtadan pambıq sofkası deyil, tixoqramma çıxır. Tixoqramma həmçinin sahədə pambıq sofkasının yumurtaları ilə qidalanır.
Azərbaycanda bioloji mübarizə üsulu kimi trixoqrammaların geniş tətbiqi qida məhsullarında zəhərli birləşmələrin qalıq miqdarının normada qalmasına, ekoloji təmiz bitkiçilik məhsullarının istehsal edilməsinə, təbiətdə bioloji balansın qorunmasına və insan genofondunun dəyişikliklərə uğramadan sağlam nəsillərin formalaşmasına səbəb olacaq. Buna görə də bioloji mübarizə üsullarıından istifadə olunması müasir bitki mühafizə sistemində prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlanılır.
Həmçinin respublikanın pambıqçılıq rayonlarının çoxu artıq feremon tutucuları ilə də təmin edilib. Yerli mütəxəssislər tutucular vasitəsi ilə pambıq sovkasının inkişaf dinamikasına nəzarət edir və sovkanın tırtıllarının çıxma müddətini müəyyənləşdirərək mübarizə tədbirlərinə hazırlıq işləri həyata keçirirlər. Bu tutucuların paylanmasının əsas səbəbi, rayonlarda pambıq sovkasına qarşı mübarizə tədbirlərinin düzgün təşkil edilməsi və qısa müddət ərzində həmin zərəvericilərin məhv edilməsidir.
Feremon tutucuları rayonlara paylanılmamışdan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin işçi qrupu tərəfindən adıçəkilən rayonlarda fermer təsərrüfat sahibləri və yerli mütəxəssislər üçün təlimlər həyata keçirilib və onlara feremon tutucularının mahiyyəti, sahələrdə yerləşdirilmə qaydası və onları izləmə prosesi haqqında ətraflı məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info