Mindən çox piyada keçidində panduslar quraşdırılıb
Tarix: 28.06.2018 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.
 
BNA-dan verilən xəbərə görə, bu çərçivədə həyata keçirilən və mühüm sosial əhəmiyyət kəsb edən layihənin icrası nəticəsində artıq 1000-dən çox piyada keçidində panduslar quraşdırılıb. Bununla da, əsasən mərkəzi yollarda fiziki imkanları məhdud şəxslərin kənar yardıma ehtiyac olmadan hərəkəti üçün uyğun şəraitin yaradılması təmin edilib.
 
Dövlət başçısının tapşırığına əsasən, həyata keçirilən bu layihə çərçivəsində işlər hazırda da davam edir. Növbəti mərhələlərdə şəhər mərkəzindən kənar küçə və prospektlərdə də analoji tədbirlərin icrası nəzərdə tutulub. Beynəlxalq standartlara uyğun quraşdırılan panduslarla yanaşı piyada keçidlərinin ətrafındakı səkilər dəmir məhəccərlə əhatələnir. Məqsəd piyadaların yolu müəyyən olunmuş hissədən keçməsini stimullaşdırmaqdır.
 
Piyada təhlükəsizliyi ilə bağlı tətbiq edilən digər bir yenilik isə səkilərdə qoruyucu tumbaların quraşdırılmasıdır. Qoruyucu tumbalar müxtəlif səbəblərdən idarəetmədən çıxan avtomobillərin səkidə hərəkət edən piyadaları vurmasının qarşısını almaq üçün çox səmərəli vasitədir. Bu tumbalar bəzi yerlərdə, xüsusən də pandus olan səkilərdə həm də avtomobillərin səkilərə parklanma üçün daxil olmasının qarşısını alır. Dünyanın avtomobilləşmiş ölkələrinin təcrübəsinə diqqət etdikdə məlum olur ki,  piyadaların səkidə avtomobillə vurulması halları da kifayət qədər tez-tez baş verir. Ona görə də buna zərurət olan yerlərdə quraşdırılan qoruyucu tumbalar səkidə hərəkət edən piyadanın daha etibarlı mühafizə edə bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
“Güclü külək regionların enerji təsərrüfatına ciddi ziyan vurub”
26.02.2020
“Yaxın 20 ildə neftə olan tələbat artacaq“
25.02.2020
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib
25.02.2020
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib
25.02.2020
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11455

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info