Astarada turizmin inkişafı üçün hər cür şərait var
Tarix: 28.06.2018 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


Əsrarəngiz gözəlliyə, mülayim iqlim şəraitinə malik Astara rayonunda turizmin inkişafı üçün geniş imkanlar var. Rayonun Xəzər dənizi və Talış dağları ilə əhatə olunması, zəngin tarix və mədəniyyət abidələri xarici turistlərin daha çox marağına səbəb olur.
Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin Astara rayonu üzrə baş məsləhətçisi Şadoğlan Bayramov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Astarada turizmin inkişafı həm təbii şəraitlə, həm də maddi-texniki bazanın olması ilə əlaqədardır.
Rayonda fəaliyyət göstərən 13 turizm obyektinin həm dəniz sahili boyu, həm də dağətəyi ərazilərdə yerləşdiyini vurğulayan Ş.Bayramov turizm obyektlərinin yay dövründə çimərlik, digər mövsümlərdə kənd və dağ turizminin inkişafına xidmət etdiyini diqqətə çatdırıb.
Ötən il Astara rayonuna gələn 6000 turistin 950 nəfərinin xarici vətəndaş olduğunu qeyd edən Ş.Bayramov bu ilin beş ayında rayona 1500 nəfərə yaxın turistin gəldiyini, onların 500 nəfərinin xarici turist olduğunu bildirib. “Rayon əhalisinin müəyyən bir qismi keçmiş MDB məkanında yaşayır. Əvvəllər onlar Türkiyə, Yunanıstan, İtaliya və digər ölkələrə tətilə yollanırdılarsa, artıq Azərbaycanda, xüsusən də Astarada dincəlməyə üstünlük verirlər. Rusiyadan Astaraya gələn turistlərin sayı ildən-ilə artır. İrandan gələn turistlərin sayı isə daha çoxdur. Astara ilə sərhəd olduğundan onlar üçün mövsümi turizm anlayışı yoxdur. Rayonda keçirilən mədəni-kütləvi tədbirlər də turistləri cəlb edir”, - deyə Ş.Bayramov bildirib.
Astara şəhərində Xəzər dənizi sahili boyunca salınmış park-bulvar kompleksinin genişləndirilməsi, rayonun dağ kəndlərinə gedən yolların asfaltlaşdırılması turizmin inkişafı üçün geniş imkanlar açır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Lerik rayonunun Pirəsora və Conu kəndlərində tibb məntəqəsi tikiləcək
19.02.2019
Gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb
19.02.2019
Masallı MKS-də böyük Azərbaycan dramaturquna həsr olunmuş tədbir keçirilib
19.02.2019
Masallı rayonunda zəlzələ baş verib
18.02.2019
Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10603

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info