Valter Verner: “Azərbaycanın qazandığı sosial-iqtisadi uğurları yüksək qiymətləndiririk”
Tarix: 29.06.2018 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Azərbaycan qanunvericiliyinin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tələblərinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə bağlı Azərbaycan üzrə İşçi Qrupun rəhbəri Valter Vernerlə görüşüb. Görüşdə iqtisadiyyat naziri Şahin Mustafayev son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın davamlı və rəqabətqabliyyətli inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər və kompleks islahatlar barədə məlumat verərək, qeyri-neft sektorunun stimullaşdırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora təşviq mexanizmlərinin tətbiqinin genişləndirilməsi sahəsində görülən işləri, məqsədyönlü islahatlar nəticəsində dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğunu vurğulayıb. Görüşdə qeyd edilib ki, Azərbaycan ÜTT-yə üzv olmaq istiqamətində qurumla əməkdaşlıq edir, Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya, Azərbaycan üzrə İşçi Qrupu yaradılıb və mütəmadi olaraq görüşlər keçirilir. Təsdiq edilmiş "Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı" çərçivəsində 20 normativ-hüquqi akt qəbul olunub. Azərbaycan qanunvericiliyinin ÜTT tələblərinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. Azərbaycanın ÜTT-yə üzv olması istiqamətində maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayan nazir Şahin Mustafayev bildirib ki, işgüzar dairələrin nümayəndələri, tələbələr və b. üçün seminarlar, dəyirmi masalar təşkil olunur, Azərbaycan Dövlət İqtisad Universitetində ÜTT Maarifləndirmə Mərkəzi fəaliyyət göstərir. Azərbaycan Respublikasının ÜTT-yə üzv olması prosesi ilə bağlı Azərbaycan üzrə İşçi Qrupun rəhbəri Valter Verner əlverişli iqtisadi-coğrafi mövqeyə, neft-qaz ehtiyatlarına malik olan Azərbaycanın qazandığı sosial-iqtisadi uğurları yüksək qiymətləndirdiyini vurğulayıb və ÜTT-yə üzvlüklə bağlı danışıqların davam etdirildiyini qeyd edib. Görüşdə ÜTT-yə üzv olmaq barədə danışıqların gedişi ilə bağlı müzakirələr aparılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info