Putin-Tramp görüşü iyulun 16-da Helsinkidə keçiriləcək
Tarix: 29.06.2018 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


RF və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın sammiti iyulun 16-da Helsinkidə keçiriləcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Vaşinqton da sammitin keçirilmə vaxtını və yerini təsdiqləyib. “Əldə edilmiş razılaşmaya əsasən, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın görüşü iyulun 16-da Helsinkidə olacaq. Danışıqların gedişində Rusiya-Amerika münasibətlərinin hazırkı vəziyyəti və sonrakı inkişaf perspektivləri, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri müzakirə ediləcək” - deyə RF prezidentinin mətbuat xidmətinin məlumatında deyilir. Putin və Tramp ilk dəfə təxminən bir il əvvəl - 2017-ci il iyulun 7-də Hamburqda G20 ölkələri liderlərinin sammiti çərçivəsində danışıqlar aparıblar. Həmin ilin noyabrında isə iki lider Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti zamanı forumun kluarlarında ünsiyyətdə olub.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir
18.03.2019
Senator Kirsten Cillibrand 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək
18.03.2019
Malidә hәrbi bazaya hücum edilib
18.03.2019
ABŞ-a mәxsus PUA yerә çırpılıb
18.03.2019
Çində İkinci Dünya müharibəsindən qalan artilleriya mərmisi tapılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info