Regionda yeni vəziyyət yaranır: sanksiyalar və neft amili İran üçün güclü zərbə ola bilər
Tarix: 28.06.2018 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Ruhani: “İşsizlik problemi, yoxsulluqla mübarizə, bazar və istehsalın tənzimlənməsi üçün bu proqramı icra etməliyik. Bu dörd məsələ əsasdır və onları həll edə bilsək, uğur qazanacağıq”

ABŞ-ın İranla bağlı siyasəti regionda yeni vəziyyət yaradır. Vaşinqtonun yenidən İrana sanksiya tətbiq edilməsi siyasətini seçməsi qonşu dövlətdə iqtisadi vəziyyəti bir qədər ağırlaşdırıb. Amma belə görünür ki, Tramp administrasiyası İranı sıxışdırmaqda davam edəcək. Məlum olduğu kimi, bir neçə gün əvvəl Vaşinqton müttəfiqlərinə müraciət edərək bu ilin noyabr ayına qədər İrandan neft alınmasını dayandırmağı tələb edib. Müttəfiq ölkələr bu tələb qarşısında çaşqın vəziyyətdədirlər. Türkiyə ilk olaraq münasibət bildirərək İrandan neft almaqda davam edəcəyini bildirib. Xam neftə olan tələbatının 5 faizdən çoxunu İranın hesabına ödəyən Yaponiya da çətin vəziyyətə düşüb. Hökumət İrandan neft idxalının yollarını axtarır və bu zaman ABŞ tərəfinin məsələni anlayacağına ümid edir. Məsələni şərh edən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib ki, hökumət həmin məsələni ABŞ və digər maraqlı tərəflərlə müzakirə edəcək. Yaponiya hökuməti ABŞ tərəfinə İrandan neft ixracını davam etdirmək xahişini artıq çatdırıb. Tramp administrasiyası isə məsələ ilə bağlı heç bir güzəştə getməyəcəyini bəyan edib. ABŞ-ın BMT yanında daimi nümayəndəsinin müavini Conatan Koen Təhlükəsizlik Şurasına üzv olan ölkələri İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. “RİA Novosti” agentliyinin xəbərinə görə, bu barədə C.Koen TŞ-nin iclasında bildirib. “Təhlükəsizlik Şurasının qərarlarını daim pozan ölkə ilə üzləşdikdə müvafiq siyasətin yürüdülməsi çox vacibdir. Məhz buna görə biz şura üzvlərini bizə qoşulmağa, İranın bölgədə zərərli davranışlarına qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. ABŞ İranın yaratdığı təhlükələrlə ilə əlaqədar şura üzvləri ilə işləməyə daim hazırdır”- deyə C.Koen vurğulayıb. Sanksiyalar və neft amili İran iqtisadiyyatı üçün güclü zərbə ola bilər. İran milli valyutasının dəyərdən düşməsi, ərzaq mallarının qiymətinin qalxması İran cəmiyyətində narazılıqlar yaradıb. Hökumət ciddi tədbirlər həyata keçirməsə, vəziyyət nəzarətdən çıxa bilər. Bunu nəzərə alan İran prezidenti Həsən Ruhani bəzi görüşlər keçirməyə başlayıb. Ölkədə fəaliyyət göstərən müəssisələrin icraçı direktorları ilə görüşən Ruhani bildirib ki, hökumətin qorxacağını, istefa verib və çəkiləcəyini düşünənlər səhv edir: “Bu gün ABŞ-ın hədələri qarşısında üç çıxış yolumuz var. Birinci yol ABŞ-a təslim olmaq və Trampın dediyi hər bir şeyi qəbul etməkdir. Heç bir ağıllı, vətənini sevən iranlı təzyiqlər, zülm, yersiz sözlər və təhqirlərlə dolu olan bu çıxış yolunu qəbul etməz. İkinci çıxış yolu budur ki, biz ABŞ-a müqavimət göstərək, lakin, eyni zamanda ölkə daxilində olan ixtilaf və davalarımızı da davam etdirək. Bu İran xalqı üçün, xüsusilə cəmiyyətin yoxsul təbəqəsi üçün ən böyük ziyan vurur. Üçüncü yol isə budur ki, ABŞ-a təslim olmuruq, izzətimizi qoruyuruq və ABŞ-ı diz çökdürürük”. Ruhani qeyd edib ki, bu gün iqtisadiyyata dair 4-5 illik xüsusi proqram hazırlanmalıdır: “Əgər kimsə hökumətin qorxacağını, istefa verəcəyini və geri çəkiləcəyini düşünürsə, səhv edir. İşsizlik problemi, yoxsulluqla mübarizə, bazar və istehsalın tənzimlənməsi üçün bu proqramı icra etməliyik. Bu dörd məsələ əsasdır və onları həll edə bilsək, uğur qazanacağıq”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Tramp 2020-ci ildə prezidentliyə namizədliyin irəli sürəcək
14.07.2018
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
14.07.2018
Putin Fələstin, Moldova, Qabon və Sudanın dövlət başçıları ilə görüşəcək
14.07.2018
Pakistan Türkiyədən 30 ədəd ATAK helikopteri alacaq
13.07.2018
Yaponiyadakı daşqınlar təqribən 206 milyon dollar zərər vurub

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info