“Rusiya 2018“: Belçika millisi qalib gəldi
Tarix: 29.06.2018 | Saat: 01:49:00 | E-mail | Çapa göndər



Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının “G” qrupunda mübarizəyə iyunun 28-də yekun vurulub.

AZƏRTAC xəbər verir ki, meydana “G” qrupunda yer alan Belçika və İngiltərə komandaları çıxıblar. Görüşdə belçikalılar 1:0 hesabı ilə qalib gəliblər. Oyunda Belçika yığmasında yeganə qolun müəllifi 51-ci dəqiqədə fərqlənən Adnan Yanuzay olub. Beləliklə, bu qələbədən sonra Belçika millisi "G" qrupunun lideri kimi səkkizdəbir final mərhələsinə yüksəlib.
Bu qrupdakı digər oyun səkkizdəbir finala çıxmaq şansını itirmiş Tunis və Panama komandaları arasında keçirilib. Görüş Tunis millisinin 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb. Bu nəticəyə baxmayaraq, hər iki komanda mundialda mübarizəsini dayandırır.
Qeyd edək ki, Belçika səkkizdəbir finalda Yaponiya ilə, İngiltərə yığması isə Kolumbiya millisi ilə qarşılaşacaq.
Xatırladaq ki, indiyədək səkkizdəbir final mərhələsinin səkkiz iştirakçısı tam müəyyənləşib. Səkkizdəbir finalda indiyədək müəyyənləşəcək iştirakçılardan Uruqvay ilə Portuqaliya, Fransa ilə Argentina, İspaniya ilə Rusiya və Xorvatiya ilə Danimarka, İsveç ilə İsveçrə, Meksika ilə Braziliya qarşılaşacaqlar.
Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin görüşləri iyunun 30-dan iyulun 3-dək keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib
18.07.2018
Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib
17.07.2018
“Forbes” məşhurların qazancını açıqlayıb
16.07.2018
Azərbaycan cüdoçuları Almaniyada Avropa kubokunun qalibi oldular
15.07.2018
Dünya kuboku Fransa milli komandasına təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9652

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info