“Bakı Metropoliteni” yay qrafikinə keçir
Tarix: 29.06.2018 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Yay mövsümünün başlanması və sərnişin sayının azalması ilə əlaqədar olaraq, iyul ayının əvvəlindən metropoliten qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək.
 
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, qrafik bir qayda olaraq, sərnişin axınının optimal şəkildə təmin olunması məqsədini daşımaqla yay və qış mövsümü üçün ayrıca tərtib edilir. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyul ayının 1-dən metropolitendə qatarların hərəkətinin yay qrafikinə keçiləcək.
 
Yay qrafikinə uyğun olaraq, xəttə əvvəlkinə nisbətən az sayda qatar buraxılacaq. Bu da qatarlararası intervalların cüzi artmasına səbəb olacaq. Yəni, sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı fasilə, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə olacaq. Sərnişinlərin az olduğu səhər və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət təşkil ediləcək.
28 May” stansiyasında yol, “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru olmaqla, 2 istiqamətə ayrıldığına görə, həmin istiqamətlərdə qatarlararası intervallar iki dəfə böyüməklə, gur vaxtlarında 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.
 
Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
“Güclü külək regionların enerji təsərrüfatına ciddi ziyan vurub”
26.02.2020
“Yaxın 20 ildə neftə olan tələbat artacaq“
25.02.2020
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib
25.02.2020
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib
25.02.2020
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11455

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info