Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Rumıniyada toplantı keçirəcək
Tarix: 29.06.2018 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Rumıniyaya səfəri çərçivəsində bu ölkənin sabiq prezidenti, mərkəzin İdarə Heyətinin üzvü Emil Konstantinesku, Baş nazirin strateji məsələlər üzrə müavini Ana Birçall, sabiq Baş nazir Petre Romanla görüşüb.
Mərkəzdən bildiriblər ki, görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələrlə bağlı müzakirələr aparılıb. Mərkəzin təşəbbüsü olan Qlobal Bakı Forumunun əhəmiyyəti, dünyada sülhün və təhlükəsizliyin təmin olunması, mədəniyyətlərarası dialoqun dərinləşdirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib. VI Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin qlobal təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi vurğulanıb. VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Rumıniya ilə əlaqələrinin daha da dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər də görüşlərdə diqqət mərkəzində olub. Rumıniyanın Avropa İttifaqına sədrliyi dövründə bu ölkədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısının keçirilməsi təşəbbüsü yüksək qiymətləndirilib. Qeyd edilib ki, Mərkəzin son illərdəki fəaliyyəti onun beynəlxalq nüfuzunu artırıb, nüfuzlu təşkilatlarla əlaqələrinin genişləndirilməsi üçün əlverişli zəmin yaradıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Qu gölü” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda nümayiş etdiriləcək
26.09.2018
Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri təyin edilib
25.09.2018
Ərkyana söhbət
25.09.2018
Pərvanə Zəngəzurlunun şeirləri ürəkaçan poetik incilərdir
25.09.2018
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info