ABŞ-da azərbaycanlı ailə haqqında film çəkilib
Tarix: 29.06.2018 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


ABŞ-ın “UnionDocs” kinostudiyası Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabovanın ailəsi haqqında sənədli film çəkib. Bu haqda Minəvvər Vahabova özü məlumat verib.
“Nərminin doğum günü" adlı filmin hazırlığı 6 ay çəkib və ərsəyə gələn film 25 dəqiqəlik olub. Film bir ailədə olan üç nəslin həyat hekayəsidir.
Minəvvər Vahabovanın sözlərinə görə, bu filmin çəkilişi “UnionDocs” tərəfindən təklif olunub: “2018-ci ilin yanvar ayında “UnionDocs”da çalışan Cenni Qroza Nyu-York Azərbaycan Evinə gəldi və Azərbaycan mövzusunda sənədli film çəkmək istədiyini söylədi. Biz onunla xeyli söhbət etdik. Məlum oldu ki, Cenni iki il könüllü olaraq Azərbaycanda yaşayıb və yerli əhaliyə ingilis dilindən dərs deyib. Cenni Azərbaycan haqqında xoş xatirələrini bizimlə bölüşdü. Söhbətin sonunda qərara gəldi ki, film bizim ailə haqqında olsun. Beləliklə, 6 ay bizim ailənin həyatını bütün aspektlərdən çəkilişə başladılar. Cenni Qroza, Lidiya Kornett və Anş Ranvir Vohra bütün bu altı ayda, demək olar ki, bizimlə oldular və çoxlu material topladılar”.
Minəvvər Vahabova bildirdi ki, bu sənədli filmin mövzusu onun ailəsində olan və bir-birindən fərqlənən üç nəsil haqqındadır: “Anam İsmət xanım 82 yaşlı azərbaycanlı qadın, mən-orta nəslin nümayəndəsi, həm tam azərbaycanlı, həm də Amerika həyatına lazımınca inteqrasiya etmiş qadın və qızım 16 yaşlı Nərmin - demək olar ki, tamamilə amerikalı gənc qız. Mövzu çox maraqlıdır, film də maraqlı, rəngarəng alınıb. Ümid edirik ki, film müxtəlif kino festivallarında lazımi mükafatları qazanacaq”.
Xatırladaq ki, bu günlərdə “Nərminin doğum günü" və daha 7 filmin təqdimat mərasimi olub. Təqdimat mərasimində “UnionDock” təşkilatının rəhbərləri, nümayiş etdirilən 8 filmin yaradıcı heyəti, filmlərin qəhrəmanları və digər qonaqlar iştirak ediblər. Hər bir film ayrı-ayrılıqda tamaşaçılarda xüsusi maraq yaratdı. Tamaşaçılar filmin yaradıcılarına və qəhrəmanlarına onları maraqlandıran sualları ünvanlayıblar və bu suallara cavab alıblar. Təqdimat mərasimində “Nərminin doğum günü" filmində azərbaycanlı ailədə nənənin fikirləri, 16 yaşlı Nərminin mülahizələri, Nyu-York kimi meqapolisdə yaşayan azərbaycanlı ailəsinin həyat tərzi, bayramlarımız, Nərminin doğum günü partisi, ailənin adi günləri və s. tamaşaçıların marağına səbəb olub.
Qeyd edək ki, ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “UnionDocs” sənədli filmlərin çəkilişi ilə məşğul olur. Hər il onlarla sənədli film çəkilərək ictimaiyyətə təqdim olunur və mötəbər kino festivallarına göndərilir. “UnionDocs”un əsas məqsədi Nyu-Yorkda və digər ştatlarda yaşayan və müxtəlif xalqları təmsil edən insanların həyatı, yaşayışı, mədəniyyəti, müxtəlif problemləri və immiqrant həyatlarında olan nüansları ictimai və sosial müstəviyə çıxararaq multikulturalizmi təbliğ etməkdir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Ərkyana söhbət
25.09.2018
Pərvanə Zəngəzurlunun şeirləri ürəkaçan poetik incilərdir
25.09.2018
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq
25.09.2018
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
25.09.2018
Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info