Smartfon xarab əti müəyyənləşdirməkdə kömək edəcək
Tarix: 29.06.2018 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


İndiyədək məişətdə ətin təzə olmasını müəyyənləşdirmək üçün əsas “alət” iybilmə qabiliyyətidir. Ancaq müxtəlif insanlarda iybilmə qabiliyyəti fərqlənir və zəhərlənmə yarada bilən ət tikəsi dərhal kifayət qədər güclü qoxu yaymır. Bu problemin öyrənilməsi ilə məşğul olan Çin və ABŞ-dan olan alimlər smartfon və xüsusi datçikin köməyi ilə ətin təzə olmasını müəyyənləşdirməyi təklif ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, Nankin Universiteti və Texas Universitetinin alimləri biogen aminlərə (çürümə prosesində ayrılan və xoşagəlməz iy yayan orqanik maddələr) qarşı həssas olan keçirici polimerdən sensor hazırlayıblar. Alimlər bu sensoru NFC nişanları ilə birləşdiriblər. Nəticədə NFC moduluna malik smartfonun köməyi ilə ətin təzə olması haqda məlumatları əldə etmək mümkündür.
Hazırda alimlər yeni texnologiyanı kommersiyalaşdırmağa ümid edirlər. Onlar sensora malik nişanları içərisində ət olan qablaşdırmaların daxilində yerləşdirməyi təklif edirlər ki, mağaza əməkdaşları və alıcılar ətin təzə olmasını asanlıqla və daha dəqiq müəyyənləşdirə bilsinlər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar
13.09.2018
Dayver köpək balığını hipnoz edib
13.09.2018
Banan yeməklə siqaret asılılığından xilas olmaq mümkündür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info