Eçin Həmidov Musiqili Teatrda yad ediləcək
Tarix: 29.06.2018 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, iyul ayının 1-də saat 19:00-da Üzeyir Hacıbəyovun “Ər və arvad” iki hissəli musiqili komediyasının növbəti nümayişi Respublikanın Əməkdar artisti, mərhum aktyor Elçin Həmidovun 60 illik yubileyinə həsr olunacaq.
Tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı istedadlı aktyorun yaradıcılıq yolu barədə çıxış edəcək.
Səhnə əsərində sevimli Xalq artistləri Fatma Mahmudova, İlham Namiq Kamal, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Fərid Rzayev və başqaları çıxış edəcəklər.
28 il Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərmiş Elçin Həmidov bu teatrın səhnəsində “Boşanaq, evlənərik”də (V.Adıgözəlov, Ə.Kürçaylı) İkram, “Qarğa məndə qoz var”da (H.Qurbanov, C.Aslanoğlu) Zərzibonskaya, “Qızıl gül”də (S. Hacıbəyov) Azay, “Beş manatlıq gəlin”də (S.Rüstəmov, M.Səid Ordubadi) Nadir, “Özümüz bilərik”də (S.Ələsgərov, Ş.Qurbanov) Miriş, “Subaylarınızdan görəsiniz”də (S.Ələsgərov, İ.Məlikzadə) Mayıl, “Hərənin öz ulduzun”da (S.Ələsgərov, İ.Məlikzadə) Nəzir, “Nəğməli Könül”də (E.Sabitoğlu, X.Hasilova) Mustafa, “Əlin cibində olsun”da (O.Rəcəbov, A.Babayev) Şəkərli, “İdialı qaraçı”da (İ.Kalman) Estraqon, “O olmasın, bu olsun”da (Ü.Hacıbəyli) Rza bəy, “Talelər qovuşanda” komediyasında (R.Hacıyev) Totuş rolları ilə tamaşaçıların rəğbətini qazanmışdır. İstedadlı aktyor həmçinin "Planet Parni iz Baku" KVN teatrında çalışmış, “Məhəllə - 1” və “Məhəllə - 2” filmlərində canlandırdığı komik "Məzi" obrazı ilə hamının yaddaşında silinməz iz qoymuşdur.
“Məharətli aktyorluq bacarığına malik Elçin Həmidovun yaradıcılığı çoxşaxəli və zəngin idi... O, qeyri-adi aktyor idi. Onun parodiyalarını hamı sevirdi. O, Musiqili Teatrın səhnəsində Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasında Kəblə Qubad obrazını ifa etmişdir. Odur ki, biz iyulun 1-də bu komediyanı təqdim etməklə Elçini bir daha xatırlayacağıq. Onun bu səhnədə son yaradıcılıq işi Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasında Yaişnitsa oldu. Son oynadığı premyera... Vaxtsız əcəl onu bizim aramızdan tez apardı və teatr cameəsini çox sarsıtdı. Elçin Həmidovun əziz xatirəsi daim bizim qəlbimizdə yaşayacaq”,- deyə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.




 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Böyük Teatrda Dinara Əliyevanın iştirakı ilə “Traviata” operası oynanılacaq
15.07.2018
Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15.07.2018
Anna Netrebko və Yusif Eyvazov Baden-Baden opera evində çıxış edəcəklər
14.07.2018
“Edam günü” filmi beynəlxalq festivalda mükafat qazanıb
13.07.2018
İsveçdə Azərbaycan mədəniyyəti ilə bağlı daha bir addım atıldı

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info