Azərbaycan və Macarıstan ticarət evləri açmağı planlaşdırırlar
Tarix: 30.06.2018 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Peter Siyarto: “Avropa İttifaqı Azərbaycanla yeni strateji əməkdaşlıq qurmalıdır. Çünki ölkəniz hazırda Avropa İttifaqı üçün enerji şaxələndirilməsinin bir nömrəli mümkün mənbəyi sayılır”

Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyində görüş keçirilib. Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Nazir Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin, biznes-forumların əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu ilin sonunadək Budapeştdə Birgə Komissiyanın iclasının və biznes-forumun keçirilməsi nəzərdə tutulur. Nazir Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin bu ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artdığını qeyd edib. Ötən il "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Macarıstana ixrac missiyası təşkil edilib. Azərbaycan-Macarıstan əlaqələri iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, informasiya texnologiyaları, energetika, ticarət, kənd təsərrüfatı, səhiyyə, təhsil sahələrində də uğurla davam edir və əməkdaşlığın genişləndirilməsi üçün imkanlar böyükdür. Azərbaycan bu potensialın reallaşdırılması və ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Bu yaxınlarda rəsmi açılışı həyata keçirilmiş Cənub Qaz Dəhlizi və TANAP layihələri Azərbaycanın dünyada mühüm enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirir. Əczaçılıq sahəsində də ölkələrimiz arasında əməkdaşlıq imkanları genişdir. Dərman vasitələrinin Azərbaycanda birgə istehsalının təşkili üçün Pirallahı Sənaye Parkında yaradılmış infrastrukturdan və əlverişli imkanlardan yararlanmaq olar. Azərbaycanın geniş nəqliyyat infrastrukturu və tranzit potensialı barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, Macarıstan şirkətləri Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana, eləcə də Ələtdə yaradılacaq Xüsusi İqtisadi Zonada fəaliyyət göstərə bilərlər.
Macarıstanın Xarici işlər və ticarət naziri Peter Siyarto ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirib. Qarşılıqlı əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edən Peter Siyarto Bakıya səfəri çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin hər iki tərəf üçün faydalı olacağını diqqətə çatdırıb. Macarıstanın Azərbaycanla əczaçılıq, turizm, təhsil, kənd təsərrüfatı, enerji, nəqliyyat, su təsərrüfatı və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu, bu potensialdan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı imkanları, iş adamları arasında əlaqələrin genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi, Azərbaycanda və Macarıstanda ticarət evlərinin açılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Görüşün sonunda Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan Dillər Universiteti arasında universitetdə macar dilinin və mədəniyyətinin tədrisi ilə bağlı əməkdaşlıq sənədi imzalanıb.
Nazir Şahin Mustafayev açıqlamasında qeyd edib ki, Macarıstan Azərbaycanda Ticarət Evi açmaq niyyətindədir. Azərbaycan-Macarıstan əlaqələrinin siyasi, iqtisadi, humanitar sahələrdə yüksək səviyyədə inkişaf etdiyini deyən nazir bu əlaqələrin inkişafından və mövcud durumdan razı olduqlarını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan və Macarıstan strateji tərəfdaşdırlar. İqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, təhsil sahələrində uğurlarımız çoxdur. Ölkələrimiz arasında ticarət dövriyyəsi ilbəil artır. Gələcək əməkdaşlıq üçün geniş imkanlarımız mövcuddur: "Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüş zamanı bu sahələrdə olan əməkdaşlıqdan danışdıq, perspektivləri müzakirə etdik. Konkret layihələr haqqında danışarkən həm Azərbaycanda, həm Macarıstan ticarət evlərinin açılması perspektivlərini müzakirə etdik. Macar tərəfi Azərbaycanda ticarət evi açmaq niyyətindədir. Azərbaycan da Budapeştdə belə bir evin yaradılmasında maraqlıdır. Eyni zamanda, görüşdə macar tərəfinə Azərbaycanda görülən işlər haqqında geniş məlumat verildi". Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto isə deyib: “Azərbaycanla olan münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır. Hesab edirik ki, Avropa İttifaqı Azərbaycanla yeni strateji əməkdaşlıq qurmalıdır. Çünki ölkəniz hazırda Avropa İttifaqı üçün enerji şaxələndirilməsinin bir nömrəli mümkün mənbəyi sayılır. Şadıq ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşması bizim enerji mənbələrinin şaxələndirilməsinə təkan verəcək". Nazir diqqətə çatdırıb ki, Macarıstanın Azərbaycandakı səfirliyi 2020-ci ilədək NATO-nun Azərbaycandakı əlaqələndiricisi funksiyasını yerinə yetirəcək: "Macarıstan Azərbaycanla bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, əczaçılıq və informasiya texnologiyaları sahəsində əməkdaşlıq etməyi planlaşdırır. Azərbaycanın “Silkway Cargo” yük aviadaşıyıcısı Bakı ilə Budapeşt arasında uçuşunu bərpa edib ki, bu da ölkələr arasında yükdaşımalara təkan verəcək".
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info