Goranboyda şəhid olmuş qəhrəmanların tanıdılması ilə bağlı konfans keçirildi
Tarix: 01.07.2018 | Saat: 11:11:00 | E-mail | Çapa göndər


“Türkiyə Universtetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Şəhid olan qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə konfransların keçirilməsi” adlı layihə çərçivəsində Goranboy şəhərində layihənin icrasını davam etdirdi.

Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisi Həsənov Elşad, TUMİB-nin sədri Çingiz Bayramov, TUMİB-in üzvləri Müşfiq Əlizadə, Əfqan Vəliyev, rayon gəncləri və digər qonaqlar iştirak etdilər.

Tədbir iştirakçıları ilk öncə Goranboy şəhrində şəhidlər xiyabanını ziyaət edərək, şəhidlərin məzarlarına gül dəstələri qoydular.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənov sözü ilə tədbiri açaraq, qonaqları salamladıqdan sonra Goranboy rayonunun qəhramanlar diyarı olduğundan və bu rayondan doqquz nəfərin Azərbaycanın Milli qəhrəmanı adına layiq görüldüyünü qeyd etdi.
TUMİB-nin sədri Çingiz Bayramov çıxışında bildirdi ki, şəhidlik zirvəsinə yol ancaq Vətəni, Torpağı, Milləti canından artıq sevməkdən keçir. 
Bu bir Ulu Yoldur. Onlar məhz bu cür seçilmişlər idi və adlarını Vətənimizin,
dövlətimizin  tarixinə qızıl hərflərlə yazmaq kimi bir şərəfə nail oldular. Ç.Bayramov çıxışına davam edərək bildirdi ki, 2016 - cı ilin "Aprel şəhidləri" gənclər üçün əsil qəhrəmanlıq məktəbinə çevrildi.  Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur. Həmin qəhrəmanların təbliği isə gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.

Daha sonra konfransda çıxış edən TUMİB-in üzvləri Müşfiq Əlizadə, Əfqan Vəliyev və digərləri bildirilər ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.
Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə minlərlə igid oğullarımız və qızlarımız şəhid oldu.
Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Qəhrəmanlıq və vətənpərvərlik mövzusunda son illər daha çox kitablar nəşr olunmasının özü də bu amala xidmət edir, deyə çıxış edən natiqlər vurğulayıblar.




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Zaqatalada 150 nəfərədək könüllü qan verib
18.07.2018
Bərdənin iki kəndi təbii qazla təmin olunub
17.07.2018
Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
17.07.2018
UNEC-in Zaqatala filialında təhsil haqları azaldılıb
17.07.2018
Naxçıvanda test imtahanı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9652

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info