Yaponiya əcnəbi turistlərin istehlak vergisindən azad edilməsi üçün kompensasiya ödənişi proqramını sadələşdirib.
AZƏRTAC bildirir ki, məqsəd onların Yaponiyada olduqları müddətdə daha çox pul xərcləmələrinə şərait yaratmaqdır.
İyulun 1-dən başlayaraq, əcnəbi turistlər istənilən növə aid azı 5000 yen (təqribən 45 dollar) məbləğində əmtəə əldə etdikləri təqdirdə 8 faizlik istehlak vergisindən azad edilirlər. Əvvəllər yalnız müəyyən edilmiş iki növ məhsuldan 5000 yen və ya daha yuxarı məbləğdə aldıqda onlara həmin kompensasiya ödənilirdi. Bu iki növə elektrik avadanlığı və geyim kimi geniş istehlak malları ilə yanaşı, ərzaq məhsulları və kosmetik vasitələr də daxil edilirdi.
Əcnəbilərin bu təsnifatı anlamağın çətin olması barədə şikayətindən sonra yeni kompensasiya ödənişi proqramının tətbiq edilməsi qərara alınıb.
Mahmud
|