Türkiyəli alim Azərbaycanda insan skeletlərinin DNT-sini araşdıracaq
Tarix: 02.07.2018 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Türkiyənin Hacəttəpə Universitetinin antropologiya fakültəsinin professoru, doktor Yılmaz Səlim Ərdal Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) Elmi Fondunda tədqiqatlara başlayıb.
AEİ-dən AZƏRTAC-a bildirilib ki, tədqiqatlar Türkiyənin Orta Doğu Texniki Universitetinin doktoru Mehmet Somelin “Neogen: Neolitik Anadolu toplumlarında genetik və mədəni qarşılıqlı təsirin arxeogenomik analizi” layihəsi çərçivəsində aparılır. Layihə Avropa İttifaqının “Horizon-2020”, “Consolidator Grant” Avropa Tədqiqatlar Şurası və Türkiyə Elm və Texnoloji Qurumu (TUBİTAK) tərəfindən dəstəklənir. Layihə çərçivəsində Azərbaycanda aşkarlanan neolit insanlarının skeletlərindən DNT analizi üçün nümunələr Türkiyənin və İsveçin son texnologiyalarla təchiz olunmuş laboratoriyalarında araşdırılacaq. Bu elmi layihəyə əsasən AEİ-nin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın Tovuzda aşkarladığı abidələrin materialları cəlb olunub.
Yılmaz Səlim Ərdalın sözlərinə görə, Azərbaycanda aşkarlanmış insan qalıqlarının DNT analizi əsasında neolit dövrünə aid insanların bir-birinə qohumluq əlaqəsi araşdırılacaq.
Türkiyəli alim elmi səfəri çərçivəsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AEİ-nin direktoru, professor Maisə Rəhimova ilə görüşüb.
Görüşdə Azərbaycan və Türkiyə arxeoloqları arasında əməkdaşlığın perspektivləri, antropologiya və bioarxeologiya sahəsində gənc milli mütəxəssislərin yetişdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Türkiyəli alim, həmçinin F.Quliyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın aşkarladığı Göytəpə neolit abidəsi ilə tanış olub. Yılmaz Səlim Ərdal ilə F.Quliyev arasında keçirilən görüşdə Azərbaycan ərazisində aşkarlanmış paleoantropoloji materialların DNT və izotop analizi üçün daha geniş istiqamətli tədqiqat layihələrinin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info