Lahıcda beynəlxalq elmi konfrans keçirilib
Tarix: 02.07.2018 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Xalqımızın ədəbi yaradıcılığının – folklorumuzun tədqiqi, tədrisi və təbliğinin aktual problemləri ilə bağlı beynəlxalq elmi tədbir xalq sənətinin zənginliyini özündə əks etdirən məkanda – İsmayıllı rayonunun Lahıc qəsəbəsində keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Folklor milli kimlik kontekstində” mövzusunda keçirilmiş beynəlxalq elmi konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, konfransın plenar iclasında çıxış edən rayon icra hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqov yerli və əcnəbi alimlərin məhz Lahıc qəsəbəsində bir araya gəlməsinin heç də təsadüfi olmadığını, dövlət qayğısı ilə əhatə olunmuş bu qədim yaşayış məntəqəsinin dünyada xalq sənətkarlığı məktəbi kimi tanındığını bildirib.
AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Xalq ədəbiyyatı və milli kimlik məsələləri” mövzusunda məruzəsində folklor tədqiqatlarının xalqın milli mənsubiyyətinin müəyyənləşdirilməsindəki əhəmiyyətindən danışıb. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov isə rəhbərlik etdiyi qurumun folklorumuzun təbliği istiqamətində həyata keçirdiyi layihələrdən söz açıb.
Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev folklorun dövlət idarəçiliyi sistemi ilə bağlılığından, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat katibi Həmid Qaradəniz Cümhuriyyət uğrunda türk-islam ordusunun azadlıq mücadiləsinin xalq ədəbiyyatını zənginləşdirməsindən bəhs ediblər. Moskva Dövlət Universitetinin professoru İrina Kaçinskaya rus malakanların Azərbaycan mədəniyyətinə verdikləri töhfələrdən, Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev milli kimlik məsələlərinin hüquqi müstəvidə araşdırılması zəruriliyindən, Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi isə Azərbaycan dastanlarının xarici ölkələrdə tədqiqindən söhbət açıblar.
Plenar iclasın sonunda ötən il İsmayıllı şəhərində “Gücümüz birliyimizdədir” mövzusunda keçirilmiş elmi konfransın materiallarından ibarət məqalələr toplusunun təqdimatı keçirilib.
Konfransın dörd bölməsinə folklorşünaslığın aktual problemlərinə dair 95 elmi məruzə təqdim olunub. Bölmə iclaslarında çıxış edən alim və tədqiqatçılar Azərbaycan folklorunun aktual problemləri ilə bağlı araşdırmalarının əsas müddəaları ətrafında fikir mübadiləsi aparıblar.
Tədbir iştirakçıları Lahıc qəsəbəsində xalq sənəti nümunələri ilə tanış olub, İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Birliyinin İsmayıllının folklor mədəniyyətinə həsr olunmuş sənədli filminin çəkilişində iştirak ediblər.
Həmin gün Bilik Fondunun təşkilatçılığı ilə İsmayıllı Bilik Evində “Azərbaycan folklorunda qadın obrazı” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa” fondun sektor müdiri, filologiya üzrə fəlsəfə doktoru Xatirə Hüseynovanın moderatorluğu, yerli ziyalıların və Bilik Evində təşkil olunmuş təlim kursu dinləyicilərinin iştirakı ilə baş tutub. Tədbirdə AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mətanət Şəkixanovanın “Azərbaycan folklorunda qadın obrazı” və həmin institutun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru İradə Zərqanayevanın “Azərbaycan folklor nümunələrində kişi-qadın münasibətlərinin harmoniyası” mövzularında məruzələri dinlənilib.
Lahıc qəsəbəsindəki beynəlxalq elmi konfransın mövzusuna uyğun təşkil olunmuş “dəyirmi masa” İsmayıllı Bilik Evinin fəalları və yerli gənclər tərəfindən böyük maraqla qarşılanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info