Rövnəq Abdullayev: “TANAP vasitəsilə qazın nəqli Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm tarixi hadisədir”
Tarix: 02.07.2018 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Şahdəniz konsorsiumu bu gün “Şahdəniz-2” layihəsi çərçivəsində Türkiyəyə kommersiya məqsədilə təbii qaz nəqlinin başladığını elan edib. “Şahdəniz-2” layihəsi qrafik və büdcəyə uyğun təhlükəsiz şəraitdə həyata keçirilir və Türkiyəyə qazın nəqli planlaşdırıldığı kimi bu il iyunun 30-da başlayıb.
SOCAR-ın məlumatına görə, “Şahdəniz-2” ilk dəfə Xəzər qazını Avropa bazarına çıxaracaq Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində mövcud hasilata ildə 16 milyard kubmetr qaz əlavə olunacaq. Layihənin birinci mərhələsi ilə birlikdə “Şahdəniz”in ümumi hasilatı 26 milyard kubmetr qaz və 120 min barel kondensat həcminə çatdırılacaq.
“Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycanda, Xəzər dənizində ilk dəfə yatağın suyun altında işlənməsi reallaşdırılır və bu BP şirkətinin bu vaxtadək operatoru olduğu ən iri dəniz infrastrukturudur. Layihə “Şahdəniz” qazını Türkiyəyə daşıyan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsini (CQBKG) də əhatə edir. 28 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş layihənin ofşor strukturlarına 26 dəniz quyusu, 500 kilometr sualtı boru kəməri və körpü ilə birləşdirilmiş 2 platforma daxildir. Qaz quru ilə 85 kilometrlik boru kəməri vasitəsilə Bakı yaxınlığındakı Səngəçal terminalına ötürülür. Terminalın imkanları yeni qaz həcmlərinin yerləşdirilməsi üçün genişləndirilib. Bununla bağlı Azərbaycanda 428 kilometr, Gürcüstanda isə 59 kilometr uzunluğunda yeni borular, habelə Gürcüstanda iki yeni kompressor stansiyası inşa edilib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “TANAP vasitəsilə kommersiya məqsədli qazın nəqli Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm tarixi hadisədir. Bu meqa layihənin mürəkkəbliyinə baxmayaraq, biz eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentlərinin əlaqələndirilməsinə və istismara verilməsinə nail olduq. Bu işləri qrafikə uyğun və əvvəl gözlədiyimizdən daha aşağı xərclə reallaşdıra bildik. “Şahdəniz-2” üçün platformalar və strukturlar SOCAR-ın törəmə şirkətləri tərəfindən tikilib və bütün tikinti işləri Azərbaycanda aparılıb ki, bu da Azərbaycan və region üçün böyük bir nailiyyətdir”.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib: “2018-ci ildə Türkiyəyə kommersiya məqsədli ilk qaz həcmlərinin nəqli bizim layihənin başlanğıcında vəd etdiyimiz mühüm hədəfdir. Regional hökumətlər və Şahdəniz konsorsiumundakı tərəfdaşlarımızla birlikdə işləyərək, biz bu hədəfə təhlükəsiz, vaxtında və büdcə çərçivəsində çatmışıq. Bu, bizim yüksək keyfiyyətli layihələri uğurla birgə həyata keçirə bildiyimizi göstərir. Operator olaraq BP məmnundur ki, Azərbaycanda və bütün regionda uzunmüddətli tərəfdaşlığımız bu dünya miqyaslı layihəni uğurla həyata keçirmək və Türkiyədəki istehlakçılar qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün imkan yaradıb. Biz bu müstəsna nailiyyətimizin davamını gətirərək, növbəti hədəfimizə - 2020-ci ildə Avropaya qaz nəqlinə nail olmaq üçün Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarımızla sıx əməkdaşlığımızı davam etdirəcəyik”.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı bu vaxtadək BP-nin ən böyük qaz kəşfidir. Nəhəng yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir. 1999-cu ildə kəşf olunmuş yataq təxminən 1 trilyon kubmetr həcmində qaz və 2 milyard barel kondensat ehtiyatına malikdir. Yatağın işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlayıb. Hazırda birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan və Türkiyənin təchizatına yönləndirilir. Bu vaxtadək “Şahdəniz”dən ümumilikdə 91 milyard standart kubmetr qaz və 23 milyon ton kondensat hasil olunub.
“Şahdəniz-2” çərçivəsində hasil olunacaq əlavə 16 milyard kubmetr qaz 3 min 500 kilometrlik boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunacaq. Cənub Qaz Dəhlizi Azərbaycan və Gürcüstan ərazisində genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərini – Azərbaycanda 428 kilometr üzrə 48 düymlük, Gürcüstanda 59 kilometr üzrə 48 düymlük kəməri, Türkiyə ərazisində 1340 kilometr üzrə 56 düymlük, 476 kilometr üzrə 48 düymlük və 34 kilometr üzrə 36 düymlük TANAP və iki kompressor stansiyasını, Yunanıstan, Albaniya və İtaliya ərazisində 878 kilometr üzrə 48 düymlük “Trans-Adriatik” boru kəmərini (TAP) əhatə edir.


Nigar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info