“Müstəqillik illərində Daxili İşlər Nazirliyi sistemi daha da güclənib”
Tarix: 02.07.2018 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Kapitan Vüsal Kərimov


100 il bundan öncə - 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının qəbul etdiyi altı maddəlik İstiqlaliyyət bəyannaməsinə əsasən müsəlman dünyasında ilk müstəqil demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Cümhuriyyətin siyasi xadimləri dərhal dövlətin icraedici və qanunverici orqanlarının təşkilinə başladılar. Belə orqanlardan biri də polis sistemi idi. 1918-ci ilin mayın 28-də Milli Şuranın qərarı ilə təşkil edilmiş birinci hökumətin tərkibində daxili işlər naziri vəzifəsi müəyyən edildi. Moskva Universitetinin hüquq fakültəsinin məzunu Fətəli xan Xoyski (1875-1920) həm də daxili işlər naziri vəzifəsini icra etməyə başladı.
1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci hökumətin tərkibində daxili işlər naziri vəzifəsinə Frayberq Dağ-Mədən Akademiyasının (Almaniya) məzunu Behbud ağa Cavanşir (1886-1921) təyin edildi.
1918-ci ilin noyabrında Behbud ağa Cavanşirin sənaye və ticarət naziri vəzifəsinə təyin olunması ilə əlaqədar olaraq daxili işlər naziri vəzifəsini müvəqqəti olaraq general-mayor Məmməd Sadıq bəy Ağabəyzadə (1865-1944) icra etmişdi. O, Peterburq Hərbi Piyada və Artilleriya Məktəbinin məzunu idi. F.X.Xoyski 1920-ci ilin iyunun 19-da Tiflisdə ermənilərin “Daşnaksütyun” partiyasının muzdlu terrorçusu, B.A.Cavanşir isə 1921-ci ildə İstanbulda “Pera Palas oteli” qarşısında erməni terrorçusu Toplaqyan tərəfindən odlu silahla güllələnərək öldürülmüşlər.
1918-ci ilin dekabrın 26-da F.X.Xoyskinin təşkil etdiyi üçüncü hökumət kabinetində daxili işlər naziri vəzifəsi Moskva Universitetinin Hüquq fakültəsinin məzunu Xəlil bəy Xasməmmədova (1873-1947) həvalə olundu.
Odessa Universitetinin Hüquq fakültəsinin məzunu olan Nəsib bəy Yusifbəyli (1885-1920) Cümhuriyyətin IV hökumətinin (1919-cu il mart-dekabr) sədri olmaqla yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra edirdi. N.Yusifbəylinin yaratdığı V hökumət kabinetində (1919-cu il dekabr-1920-ci il aprel) daxili işlər naziri vəzifəsini Peterburq Texnologiya İnstitutunun məzunu Məmməd Həsən Hacınski (1875-1931), sonra isə 1920-ci ilin fevralından Moskva Universitetinin Hüquq fakültəsinin məzunu Mustafa bəy Vəkilov (1896-1965) tutmuşlar.
Cümhuriyyətin mövcud olduğu dövrdə Daxili İşlər Nazirliyi özünün mərkəzi və yerli strukturlarını yaratmış, milli kadrlar yetişdirmiş, maddi-texniki bazasını möhkəmləndirmişdir.
DİN mürəkkəb tarixi dövrdə ölkədə hökm sürən anarxiyanın qarşısının alınması, qanunçuluğun və hüquq normalarının bərqərar edilməsi, ölkə vətəndaşlarının şəxsi və əmlak təhlükəsizliyinin təmin olunması, cinayətkarlıqla mübarizə aparılması, bir sözlə, ölkədə sabitlik yaradılmasında mühüm rol oynamışdı. Xarici dövlətlərin ölkənin daxili işlərinə müdaxiləsini dəf etmək tədbirlərini gücləndirmişdi.
Bu gün fəaliyyət göstərən Daxili İşlər Nazirliyi sistemi Cümhuriyyətin daxili işlər orqanlarının layiqli davamçısıdır. Müstəqillik illərində Ümummilli lider H.Əliyevin və hazırda Prezident İ.Əliyevin diqqəti sayəsində Daxili İşlər Nazirliyi sistemi daha da güclənib. Bu istiqamətdə nazir, general-polkovnik Ramil Usubov da ciddi səy göstərməkdədir.
Qeyd edək ki, Prezident H. Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.
Mənim oğlum, polis kapitanı Vüsal Kərimov bu ilin ilk baharında çox gənc ikən, vaxtsız dünyasını dəyişdi. O, öz arzusu ilə polis peşəsini seçmiş, respublika DİN-in Polis Akademiyasını 2010-cu ildə bitirdikdən sonra Bakı şəhər Yasamal RPİ-nin 28-ci polis bölməsində əməliyyat müvəkkili, 2018-ci ilin yanvarından isə Bakı şəhər Nizami RPİ-də kriminalist-ekspert kimi çalışmışdı.
Mən bir valideyn kimi, oğlumun 100 illiyi bu il tamam olan respublika Daxili İşlər Nazirliyi sistemində çalışmış olması ilə fəxr edirəm.


Zakir Kərimov


Azərbaycan Dövlət Pedaqoji
Universitetinin dosenti,
tarix üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info