“Asimo” robotunun buraxılışı dayandırılır
Tarix: 02.07.2018 | Saat: 14:11:00 | E-mail | Çapa göndər


Yaponiyanın “Honda” şirkəti dəfələrlə ictimaiyyət və KİV-in diqqətini cəlb etmiş insanabənzər “Asimo” robotunun buraxılışını dayandırır. Şirkət hazırda diqqəti daha çox praktiki fayda gətirən robotların hazırlanmasına yönəltmək niyyətindədir.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, söhbət təkərli avtonom robotlardan və xəstələrə kömək edəcək robotlardan gedir. Bununla yanaşı, istehsalçı “Asimo” robotunda tətbiq edilən texnologiyalardan istifadəni planlaşdırır.
Qeyd edək ki, Yaponiyanın texnologiyalar sahəsində uğur simvoluna çevrilən insanabənzər “Honda” robotu üzərində işə ötən əsrin 80-ci illərində başlanılıb, birinci nəsil “Asimo” isə 2000-ci ildə təqdim edilib. O vaxtdan şirkət robotu bir neçə dəfə yeniləyib: onun sonuncu versiyası 2014-cü ildə buraxılıb.
Robot hərəkət edən əşyaları tanıyaraq onlaradək olan məsafəni və onların hərəkət istiqamətini müəyyənləşdirir. Bundan başqa, “Asimo” jest və səsli komandaları başa düşür və otaqda müstəqil hərəkət edə bilir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Dəniz səviyyəsinin qalxması internetdə problemlər yarada bilər
18.07.2018
Süni damar hazırlandı
17.07.2018
“Skype”da danışıqları yadda saxlamaq mümkün olacaq
17.07.2018
Robot bağban otaq bitkilərinə qulluq etməkdə kömək edir
17.07.2018
Ağcaqanaddan qurtulmağın faydalı üsulu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9652

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info