“Azərbaycanla dostluq və qardaşlıq münasibətləri ildən-ilə inkişaf edir”
Tarix: 02.07.2018 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında görüş olub. Görüşdə səfirliyin əmək və sosial müdafiə üzrə müşaviri Ahmet Açıkgöz də iştirak edib.
S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərində həyata keçirilən islahatlar barədə səfiri məlumatlandırıb. Azərbaycan və Türkiyə arasında əmək, sosial müdafiə və məşğulluq sahələri üzrə mövcud olan əməkdaşlıq əlaqələrindən bəhs edən nazir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. S.Babayev bir sıra vacib sahələrlə yanaşı, əmək bazarının tənzimlənməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə meyarların qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdırılması, əlilliyi olanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası kimi aktual iş sahələrində qardaş ölkənin təcrübəsinin öyrənilməsinin xüsusi önəmini qeyd edib.
Nazir Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına üzv qurumların nümayəndələrinin Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ötən il qardaş ölkəyə səfərinin əhəmiyyətini qeyd edib. O, İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin 10 ölkə tərəfindən imzalanması nəzərdə tutulan Nizamnaməsinin artıq Türkiyə və Azərbaycan tərəfindən imzalandığını bildirib.
Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin ildən-ilə inkişaf etdiyini vurğulayan E.Özoral əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, qarşıdakı dövrdə əlaqələrin genişləndirilməsi üçün səfirlik tərəfindən səylərin göstəriləcəyini vurğulayıb.
Görüşdə iki ölkə arasında əmək və əhalinin sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info