Məti Osmanoğlunun 60 illik yubileyi qeyd edilib
Tarix: 02.07.2018 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Səməd Vurğunun ev-muzeyində filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun anadan olmasının 60 illik yubileyi qeyd edilib. Yubiley tədbiri çərçivəsində alimin “Ədəbiyyat nəzəriyyəsi müntəxəbatı”, “Sözün o üzündə” kitablarının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə akademik Nizami Cəfərov Məti Osmanoğlunun ədəbi fəaliyyətindən söz açıb.
Bildirib ki, o,1958 ci ildə Qazax rayonun Sadıqlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunudur. BDU-nun aspranturasında təhsil alıb. Jurnalistika fəaliyyətinə tələbə olarkən Azərbaycan Dövlət Radiousunda başlayıb, uzun müddət KİV sahəsində fəaliyyət göstərib. Azərabaycan ədəbiyyatının müxtəlif probləmlərinə həsr olunmuş silsilə əsərlər müəllifidir. “Əmir Teymurun vəsiyyətləri”, Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu”, Moris Simaşkonun “Sultan Bəybars” əsərlərini dilimizə tərcümə edib. Əli bəy Hüseynzadə ədəbi mükafatının laureatıdı.
Tədbirdə görkəmli elm adamları ilə yanaşı, muzey işçiləri, BDU-nun tələbələri və alimin dostları iştirak ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Böyük Teatrda Dinara Əliyevanın iştirakı ilə “Traviata” operası oynanılacaq
15.07.2018
Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15.07.2018
Anna Netrebko və Yusif Eyvazov Baden-Baden opera evində çıxış edəcəklər
14.07.2018
“Edam günü” filmi beynəlxalq festivalda mükafat qazanıb
13.07.2018
İsveçdə Azərbaycan mədəniyyəti ilə bağlı daha bir addım atıldı

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info