“Kreml Ermənistan üçün Gürcüstan və Ukrayna ssenarisi hazırlayır?”
Tarix: 02.07.2018 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


“ArmenianReport”:
“Duginin çıxışından sonra artıq hər şeyin bəlli olduğu barədə düşünə bilərik”

Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət artıq öz effektini verməkdədir. Təbii ki, Azərbaycanın qazandığı istənilən uğur işğalçı ölkədə müəyyən qıcıqlar yaradır. Onlar bunun “qarşısını almaq” üçün axtarışa çıxırlar. Ermənistan dövləti üçün “dost”, “müttəfiq” məhfumunun olmaması sübuta ehtiyacı olmayan həqiqətdir. İndi bu ölkənin Avropada özünə yeni müttəfiq, qahmar axtarması da bu qəbildəndir. Rusiyanın Azərbaycana olan dost münasibəti həmişə Ermənistanda qıcıq yaradır.
“ArmenianReport” saytında yer alan bu yazı da həmin qıcığın göstəricisidr. Sayt yazır: “Ermənistanda xain və korrupsiyaya uğramış hakimiyyət devrildikdən sonra hakimiyyətə gələn qüvvələrin kadr dəyişikliyi Kremli yaman qorxuya salıb”. Vaxtilə Gürcüstn və Ukraynada baş verənlərin də Moskvaya böyük qorxu yaşatdığını xatırladan sayt Kremlin də bunlara bənzər ssenarinin Ermənistan üçün hazırladığını iddia edir: “Bunu Kreml gizlətməyə çalışsa da, bizə çoxdan aydındır”. “Azərbaycanın Qafqazda Rusiyanın yeganə müttəfiqi” olduğunu xüsusi ironiya ilə bildirən və hazırkı məqamda bu müttəfiqliyi “şouya” bənzədən sayt öz erməni niyyətini bir daha nümayiş etdirir. Azərbaycandan Avropaya çəkilən boru və qaz kəmərlərinin niyə Rusiyadan deyil, məhz Gürcüstan və Ukraynadan keçdiyini sual kimi qaldırır. GUAM-ı Rusiyaya qarşı olan bir təşkilat kimi təqdim edən erməni saytı yazır: “Lakin Kremldə bunları görməməyi üstün tuturlar(?)”.
Xatırladaq ki, ermənilərin bütün bu əndişələrinin səbəbi Azərbaycana Rusiya syasətçilərinin, ekspertlərin səfəri və səfər çərçivəsində onların Cəbrayıl rayonunun Cocuq Mərcanlı yaşayış məntəqəsində olmasıdır. Cocuq Mərcanlıda keçirilən tədbir zamanı Rusiya Dövlət Dumasının Komitə sədrinin müavini Dmitri Savelievin “Dağlıq Qarabağ və Azərbaycanın yeddi rayonu heç bir şərt olmadan geri qaytarılmalıdır” - deməsi Ermənistanı yerindən oynadıb. Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duginin tədbirdəki çıxışını heç gür həzm edə bilməyən ermənilər onu “xain”likdə ittiham edirlər. Qarabağda keçirilən görüşün simvolik xarakter daşıdığını bildirən Dugin hüquqi baxımdan Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bəyan edib. “Duginin çıxışından sonra artıq hər şeyin bəlli olduğu barədə düşünə bilərik. Belə görünür ki, Kreml Ermənistanın yeni hakimiyyətinə qarşı təzyiqini davam etdirir. Moskva Vladimir Putinlə Serj Sarkisyan arasında «azad edilmiş ərazilərin» geri qaytarılması ilə bağlı imzalanmış və razılaşdırılmış xain planı həyata keçirmək üçün Ermənistandan, onun yeni hakimiyyətindən «razılıq» tələb edir. Əks halda, bizi müharibə ilə təhdid edirlər ...”, - deyə sayt yazır. Maraqlıdır ki, Ermənistanda erməniləri «təhdid edən» müharibəyə qarşı münasibət necədir? Özünün təxribatçı çıxışları ilə gündəmə gələn erməni politoloq Levon Şirinyan “1in.am” saytına danışarkən yenə də əvvəlki ampluasından çıxış edir. Erməni politoloq, ilk olaraq “Naxçıvandan başlamağı tövsiyə edir”. Digər erməni politoloq Ruben Meqrabyan da «müharibə təhdidinin» artıq ciddi qəbul edilməsini etiraf edir. Bununla yanaşı, o “Azərbaycanın xeyirli bir həll yolu əldə etmək” niyyətini də istisna etmir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info