“Rusen.org”: “Rusiya TANAP-a rəqib kimi baxmır”
Tarix: 03.07.2018 | Saat: 00:18:00 | E-mail | Çapa göndər



“Akşam.com.tr”:
“Azərbaycan TANAP üzərindən Türkiyəyə qaz nəqlinə başladı”

Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə ilk kommersiya qazının göndərilməsinə başlanılıb. Nəhəng layihə barədə bir çox xarici KİV-lər, o cümlədən Türkiyə mətbuatı ardıcıl yazılar dərc edir. TANAP vasitəsilə ilk qazın Türkiyəyə nəqli barədə də çoxsaylı məqalələr yazılıb.
“Akşam.com.tr” saytında “Azərbaycan TANAP üzərindən Türkiyəyə qaz nəqlinə başladı” başlıqlı məqalə dərc edilib. Qaz nəqlinin başlanmasına həsr edilən yazıda “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev “Cənub Qaz Dəhlizi” layihələrində görülmüş işlər barədə məlumat verib: “Layihəyə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilmiş və artıq TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. Bu gündən Türkiyəyə ilk kommersiya qazının göndərilməsinə başlanılıb. Yaxın gələcəkdə Türkiyədən keçməklə, Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulmuş işlər qrafikə uyğun olaraq davam etdirilir”. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsinə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərləri daxildir.
Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizi icra edilib.
İndiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib. Həmin vəsaitdən ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz-2” layihəsinə 17,7 milyard dollar, dəyəri 4,6 milyard dollar olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 4,2 milyard dollar, TANAP-a 5,4 milyard dollar, TAP layihəsinə isə 2,9 milyard avro sərf olunub.
Qeyd edək ki, “sde.org.tr” : “TANAP da ilk qaz nəqli başladı”, “rujmuj.com”, “birgun.net”: “Azərbaycan klapanı açdı: TANAT dan ilk qaz nəqli başladı”, “tr.sputniknevs.com”: “Azərbaycan TANAP üzərindən Türkiyəyə qaz nəqlinə başladı” və digər saytlarda da yazılar dərc edilib.
“Ukraynahaber.com” saytında “TANAP üzərindən Türkiyəyə qaz nəqlinə başlandı” adlanan məqalədə isə artıq Türkiyəyə qaz nəqlinə başlandığı və “Ukrayna da TANAP qazını istəyir” sərlövhəsi yer alıb. Burada Ukrayna Prezidenti Petro Poroşenkonun TANAP ilə daşınacaq Xəzər qazının ölkəsinə çatdırılmasını arzu etdiyi açıqlanır. Ukraynanın bu layihəni tamamilə dəstəklədiyini deyən Prezident bildirib ki, Xəzər qazını, sadəcə, Türkiyəyə deyil, Ukraynanın da içində olduğu böyük bir bölgəyə çatdıracağına inanıram.
“Rusen.org” saytında “TANAP Layihəsi, Türk Axını Layihəsinə rəqib, yoxsa avantajdır?” başlıqlı yazıda isə hər iki layihənin əhəmiyyətindən bəhs edilir.
Məqalədə qeyd edilir ki, Türkiyə və Azərbaycan tərəfindən təməli qoyularaq 3 ildir davam edən Trans Anadolu Təbii qaz Boru Xəttinin (TANAP) açılışı 12 iyun 2018-ci ildə olub. TANAP, Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya daşıyır. TANAP, Türkiyənin təbii qaz ehtiyacının təxminən 12 faizini təkbaşına qarşılayacaq.
İllik ümumi tutumu 16 milyard kubmetr olan layihə ilə 10 milyard kubmetr təbii qazın Avropaya, 6 milyard kubmetrin isə Türkiyəyə daşınması planlaşdırılır. Bu xəttin həcmini 32 milyard kubmetr artırmaq da mümkündür. TANAP-dan təbii qaz Yunanıstan və Adriatik vasitəsilə Avropaya gedir. Mövcud ehtimalları nəzərə alaraq belə bir fikir qeyd edilir ki, Rusiya ilə Qərb arasında gələcək bir böhran çıxarsa və Türk Axınından Avropa ölkələri qaz almazlarsa, TANAP Rusiya üçün xilas imkanı ola bilər. Çünki 16 milyard kubmetr həcmdə fəaliyyət göstərən xətt və Rusiya qazı da bu xəttə əlavə olunarsa, bu həcm 32 milyard kubmetrə qədər artırıla bilər. Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da Türk Axını ilə Cənubi Qaz Dəhlizi arasında ədalətli bir rəqabət yaşanmasını ümid etdiklərini söyləyib. Lavrov açıqlamasında TANAP və digər qaz dəhlizi üzrə marşrutlarla rəqabət etməyə hər zaman hazır olduqlarını, bu rəqabətin ədalətli və yaxşı niyyətli olmasını arzu etdiklərini vurğulayıb.
Yazıda qeyd edilir ki, Rusiyanın bütün ehtimalları göz önünə alaraq TANAP-ı rəqib olaraq deyil, gələcəkdə özünün də istifadə edə biləcəyi bir ehtiyat xətt olaraq görüb, həm Azərbaycanı, həm də Türkiyəni dəstəkləməsi öz mənfəətinə olacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
“Güclü külək regionların enerji təsərrüfatına ciddi ziyan vurub”
26.02.2020
“Yaxın 20 ildə neftə olan tələbat artacaq“
25.02.2020
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib
25.02.2020
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib
25.02.2020
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11455

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info