Gültəkin Hacıbəyli: “Meydan” TV milyonlarla qrant pullarını qeyri-şəffaf xərcləyib”
Tarix: 03.07.2018 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Son vaxtlar xaricdə yaşayan bir qrup siyasi mühacirlə Azərbaycanın daxilində fəaliyyət göstərən radikal müxalifət nümayəndələri arasında olan intriqa, söz davası daha da qızışıb. Buna əsas səbəb kimi hər iki qruplaşmaya xaricdən antiazərbaycan fəaliyyətləri üçün ayrılan maliyyə yardımlarının ya tamamilə kəsilməsi, ya da azalmasını göstərilər. Belə olan halda, indi ayrılan az məbləğə daha çox kimin layiq olması məsələsi gündəmə gəlir ki, burada da gözdənsalma kampaniyası ciddi rol oynaya bilər.
Artıq bu məsələ ilə bağlı bəzi qalmaqalları da müşahidə etmişik, buna misal olaraq, Emin Millinin Cəmil Həsənli və ümumilikdə “milli şura”nın bostanına daş ataraq “köhnələr meydandan getməlidir” deməsini göstərmək olar. Həmçinin keçmiş səfirlik işçisi olan Nahid Cəfərovun sosial şəbəkələrdə nisbətən məşhurlaşmasını qısqanan cəbhəçilərin onun üzərinə getməsi, Qurban Məmmədovun Nahidi müdafiəyə qalxması, Qurban Məmmədovun Qənimət Zahidə əməkdaşlıq təklif etməsi fonunda ona “get özün özünlə əməkdaşlıq et” cavabı verilərək alçaldılması, daha sonra Q. Məmmədovun üstünə Vidadi İsgəndərlinin gəlməsi və ona agent deməsi də müşahidə edilən dava-qovğaların bir hissəsidir. Biz hələ bu günlərdə köhnə dostların-Emin Hüseynovla Xədicə İsmayılın arasında olan ilginc dialoq-söz atışması və bir-birini ifşa yazışlamalarını, “Meydan” TV-nin və Tural Sadıqlının acizanə şəkildə xalqa müraciət edib maliyyə yardımı istəməsini demirik. Bütün bu hadisələrin fonunda indi də Gültəkin Hacıbəylinin məlum keçmiş əyri əməlləri-Avropa Şurasındakı qalmaqalları də üzə çıxıb ki, bundan da müxalifət öz maraqları üçün istifadə etməyə başlayıb. Bunu elə Gültəkinin dilindən oxumaq daha maraqlı olardı. O sosial şəbəkələrdəki son statusunda yazıb: “Dünən "Meydan TV"-də canlı yayımda olmuşam. Müsahibə normal keçdi, amma indi görürəm ki, başlığı belə qoyublar: "Gültəkin Hacıbəyli Avropaya kürünü niyə aparıb?". Çıxışımda da açıq şəkildə demişəm ki, mən 10 il ərzində, özü də heç AŞPA-da korrupsiyanın olmadığı vaxtda oradakı dostlarıma 3-4 qutu kürü hədiyyə etmişəm. Onlar da mənə müxtəlif hədiyyələr ediblər. 3-4 qutu kürünün, yəni 300-400 qr-ın ozamankı qiyməti 200-250 manat olub. Mənim deputat maaşım isə 2000 manat. On ilə böləndə aya qəpik-quruş düşür. Bu mənim hüququmdur və bunu mənə heç kim qadağan edə bilməz. Mənim öz maaşımın cüzi bir hissəsini xərcləyib aldığım 3-4 qutu kürü nədən “Meydan” TV-nın başlığına çıxarılır və məni haqsız ələşdirmək üçün şərait yaradılır?! Və efirdə də dəfələrlə bu barədə suallar verilir. Bu yaxınlarda ictimaiyyət “Meydan” TV-nin milyonlarla qrant pullarının qeyri-şəffaf şəkildə xərcləməsini dartışırdı. Mənim öz maaşımla aldığım və ümumi dəyəri maksimum 300 manatı aşmayan kürünü başlığa çıxarıb ələşdirənlər, həmin milyonların hesabatını niyə belə müzakirələrə, başlıqlara çıxarmır?! Axı kürünün mənbəyi şəffafdır, amma beynəlxalq təşkilatlardan alınan qrantların öhdəlikləri isə yox. Belə bir başlıqla müzakirələrin yönünü dəyişmək kimə lazım idi?!”
Doğrudan da, müxalifət daxilində o qədər qarışıq situasiya yaranıb ki, artıq kimsə kiməsə zərrə qədər də güzəştə getmir, yıxılan olan kimi baltanı var gücü ilə vururlar. Konkret olaraq Gültəkin Hacıbəylinin məsələsinə gəldikdə isə, əvvəla, onun AŞPA-dakı “dostlarına” kürü hədiyyə etməsini etiraf etməsi onun əleyhinə işləyən bir amil oldusa, əsəbiləşərək yenidən “Meyan”TV-nin milyonlarla qrant yeməsini gündəmə daşıması ikinci amil oldu. Yəqin bundan sonra Emin Millinin trolları G.Hacıbəylinin üzərinə daha çox gələcəklər və həmişə olduğu kimi, Əli Kərimli, Cəmil Həsənli və onların tərəfdarları da G.Hacıbəylini müdafiəyə qalxaraq qarşı tərəfə hücuma keçəcəklər. Hər halda, bütün bu mənzərələr insanda müxalifət düşərgəsinə olan nifrəti birə-beş artırır. Türkiyədə, digər ölkələrdə olan müxalifət partiyalarına, onların fəaliyyətlərinə, məqsəd-məramlarına, ortaya qoyduqları siyasi konsepsiyalara, seçkilərə qatılıb öz güclərini ortaya qoymağına baxanda düşünürsən ki, bizdəki müxalifət nə yaxşı ki, səlahiyyət sahibi olmayıb, hakimiyyətə gəlməyib. Yoxsa adama hansı proseslərin cərəyan edəcəyini təsəvvür eləmək belə ağır gəlir...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
20.11.2018
Fikrət Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info