“Rusiya 2018”: Braziliya yığması dörddəbir finalda
Tarix: 03.07.2018 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


İyulun 2-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin üçüncü gününün ilk görüşündə Braziliya və Meksika milliləri qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, “Samara Arena”da keçilən görüşün ilk dəqiqələrindən hər iki komanda qol vurmaq üçün irəli atılsa da, birinci hissədə qapılara top vurulmayıb.
Beşqat dünya çempionları oyunun ikinci hissəsinin əvvəlində hesabı açıblar. Matçın 51-ci dəqiqəsində Villianın ötürməsindən sonra Neymar topu qapıdan keçirib. Braziliyalılar oyunun sonuna yaxın hesab arasındakı fərqi iki topa çatdırıblar. Meksikalıların cərimə meydançasına daxil olan Neymarın ötürməsindən sonra Firmino komandasının ikinci topunu vurub – 2:0.
Beləliklə, braziliyalılar səkkizdəbir finalda Meksika yığmasına 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə vəsiqə qazanıb. Braziliya millisi növbəti mərhələdə Belçika-Yaponiya oyununun qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, “E” qrupunda Kosta-Rika (2:0) və Serbiya (2:0) yığmalarına qalib gələn braziliyalılar İsveçrə millisi ilə isə (1:1) heç-heçə edərək qrupu 7 xalla ilk sırada başa vurublar.
“F” qrupunda ilk oyunda Almaniya yığmasını minimal hesabla məğlub edən (1:0) Meksika millisi ikinci turda cənubi koreyalılardan üstün olub (2:1). Sonuncu turda İsveç millisinə uduzan meksikalılar məğlubiyyətə baxmayaraq, qrup ikincisi kimi səkkizdəbir final mərhələsinə vəsiqə qazanıblar.
Günün saat 22:00-da “Rostov Arena” stadionunda start götürəcək ikinci oyununda Belçika və Yaponiya yığmaları qarşılaşacaqlar. Bu cütlüyün qalibi dörddəbir final mərhələsində Braziliya millisi ilə üz-üzə gələcək.
Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info