Yeni neft oyunu: neft istehsalının artması nəyə hesablanıb
Tarix: 02.07.2018 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


“Al Səudla danışdım və ondan İran və Venesuelada baş verən qarışıqlıqla əlaqədar Səudiyyə Ərəbistanının bu boşluğu doldurması üçün neft hasilatını 2 milyon barelədək artırmasını istədim”

“Səudiyyə Ərəbistanının neft istehsalını 2 milyon barelədək artırmasını istədim və Kral Salman bin Əbdüləziz Al Səud buna razılıq verdi.” Bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb
. Tramp yazıb: “Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudla danışdım və ondan İran və Venesuelada baş verən qarışıqlıqla əlaqədar Səudiyyə Ərəbistanının bu boşluğu doldurması üçün neft hasilatını 2 milyon barelədək artırmasını istədim. Qiymətlər çox yüksəkdir! Kral Salman buna razılıq verdi”. Qeyd edək ki, ABŞ-ın öz müttəfiqlərindən noyabrın 4-dək İrandan xam neft idxalını dayandırmasını istəməsi “qara qızıl”ın qiymətinin son günlərdə kəskin bahalaşmasına səbəb olmuşdu. Xatırladaq ki, 2016-cı il noyabrın 30-da Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Ötən il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan istehsalı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib. Bu il iyunun 22-də isə Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclası zamanı OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) tövsiyəsi və OPEC Nazirlər Şurasının qərarı ilə OPEC+ üzrə neft hasilatı hədəf olaraq sutkalıq 1 milyon barel artırılıb. OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 4-cü görüşündə də hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı razılıq əldə olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib. ABŞ-ın yeni neft siyasəti İran və Venesuelanın çökməsinə hesablanıb. Onu da qeyd edək ki, İraq Kərkük neftinin yenidən Ceyhan limanından ixracına başlamaq üçün Türkiyə və İraq Kürd Regional Rəhbərliyi (İKRR) ilə danışıqlar aparır. İraqın “Al-Sabah” qəzeti xəbər verir ki, bu barədə ölkənin neft naziri Cabbar Əli əl-Layibi deyib. O bildirib ki, ixracın davam etdirilməsi qərarı müzakirələrin nəticəsindən asılı olacaq. Nazirin sözlərinə görə, Kərkük neft yatağından hasilat hələ də gündəlik 220 min bareldir və bütün bu həcmlər yerli neft emalı zavodlarına göndərilir. Xatırladaq ki, İraq Kürd Regional Rəhbərliyində keçirilən mübahisəli müstəqillik referendumdan sonra İraq hökumət qüvvələrinin nəzarətinə keçən Kərkükdən ötən ilin oktyabr ayından etibarən Kərkük-Ceyhan boru xətti ilə neft ixracı dayanıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Tramp 2020-ci ildə prezidentliyə namizədliyin irəli sürəcək
14.07.2018
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
14.07.2018
Putin Fələstin, Moldova, Qabon və Sudanın dövlət başçıları ilə görüşəcək
14.07.2018
Pakistan Türkiyədən 30 ədəd ATAK helikopteri alacaq
13.07.2018
Yaponiyadakı daşqınlar təqribən 206 milyon dollar zərər vurub

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info