Yeni nüvə bombası Türkiyədə yerləşdiriləcək
Tarix: 03.07.2018 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


ABŞ-ın Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Nüvə Təhlükəsizliyi İdarəsi və ölkənin Hərbi Hava Qüvvələri B61-12 idarəolunan nüvə bombasının sınağını keçirib. TASS xəbər verir ki, sınaqlardan 2-si iyunun 9-da Nevada ştatında yerləşən “Tonopa” poliqonunda baş tutub. Sınaq zamanı nüvə başlığı olmayan bomba B-2 “Spirit” bombardmançı təyyarəsindən atılıb. “Uçuş sınaqları B61-12 bombasının dizaynının sistem tələblərinə cavab verdiyini və onun milli təhlükəsizlik tələblərinə uyğun gəldiyini nümayiş etdirib”, - deyə Milli Nüvə Təhlükəsizliyi İdarəsinin nümayəndəsi general Maykl Lutton bildirib. B61-12 idarəolunan bombanın istifadəsi ABŞ-ın nüvə arsenalındakı B61 bombasının mövcud variantlarını əvəzləməyə imkan verəcək. Bu bombaların 2020-ci ildə istehsal olunacağı bildirilir. Həmin bombaların Almaniya, Türkiyə, İtaliya ərazisində olan ABŞ bazalarında yerləşdirilməsi nəzərdə tutulur. Bu isə ABŞ-la Rusiya arasında yeni narazılıq dalğası yarada bilər. Bəzi ekspertlər hesab edirlər ki, bu məsələnin indi ortaya çıxması bu ay keçiriləcək Tramp-Putin görüşü ilə bağlıdır. ABŞ və Rusiya dövlət başçılarının bu ay görüşəcəyinin açıqlanmasından bir neçə gün sonra idarəolunan nüvə bombasının sınaqdan keçirilməsi və onların Avropadakı bazalarda yerləşdiriləcəyinin elan olması Tramp-Putin görüşü ilə bağlı problemlər yaratmağa hesablanıb. Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dünən bildirib ki, Rusiya-ABŞ münasibətlərinin istiləşməsindən danışmaq tezdir. Peskov ABŞ senatorlarının Rusiyaya səfəri zamanı prezident Putinin onlarla görüşməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala cavabında deyib: "Gəlin, münasibətlərdə istiləşmədən danışanda, tələsməyək. Sözsüz ki, təmasların intensivləşməsi məmnunedici faktdır. Lakin istiləşmədən danışmaq hələ tezdir”. Qeyd edək ki, iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçiriləcək. Görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafı perspektivləri və beynəlxalq gündəmdə olan aktual məsələlər müzakirə olunacaq.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir
18.03.2019
Senator Kirsten Cillibrand 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək
18.03.2019
Malidә hәrbi bazaya hücum edilib
18.03.2019
ABŞ-a mәxsus PUA yerә çırpılıb
18.03.2019
Çində İkinci Dünya müharibəsindən qalan artilleriya mərmisi tapılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info