“NASA” kosmosa gəmiricilər göndərib
Tarix: 03.07.2018 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Göyərtəsində 20 laboratoriya siçanının olduğu “SpaceX Dragon” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya uçub. Gəmiricilər kosmik stansiyaya kosmosda qalmanın Yer kürəsi əhalisinin yuxu və həzminə təsiri ilə bağlı aparılan tədqiqat çərçivəsində göndəriliblər.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən keçirilən tədqiqata Şimal-Qərb Universitetinin neyrobioloqları rəhbərlik edirlər. Alimlərin planı ondan ibarətdir ki, 10 siçan 3 ay ərzində kosmosda olacaq, digər 10-u isə 30 gündən sonra Yerə yola salınacaq. Doxsan gün insan üçün uzun görünsə də, bunu siçanlara şamil etmək olmaz. Çünki onlarda fizioloji proseslər insandan daha tez gedir.
Məlumata görə, eyni zamanda 20 əkiz siçan – genetik baxımdan Beynəlxalq Kosmik Stansiyaya göndərilən gəmiricilər Yerdə olacaq. Əkizlər siçanların Beynəlxalq Kosmik Stansiyada məruz qaldığı şəraiti təkrarlayan xüsusi “NASA” simulyatorunda yaşayacaq. Beynəlxalq Kosmik Stansiyadakı astronavtlar və Yerdəki alimlər hər iki həftədə bir dəfə olmaqla bütün siçanlardan analiz götürərək onları müqayisə edəcəklər. Onlar, həmçinin “kosmonavt” siçanların Yerdə olanlara nisbətən bədənlərində baş verən dəyişiklikləri izləyəcəklər.
Eksperiment alimlərə kosmosda olmanın siçanların fiziologiyası və davranışında dəyişiklikləri müşahidə etməyə imkan verəcək. Ekspertlər ümid edir ki, gəmiricilərin fizioloji dəyişiklikləri barədə istənilən informasiya astronavtların və Yer kürəsi əhalisinin gələcək müalicə metodlarına kömək edəcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
Macarıstan Avropa İttifaqı məkanında polisin ən az olduğu ölkədir
15.02.2019
Hindistanda yeni qurbağa növü aşkar edildi
15.02.2019
Bu qəsəbədə itlərin hürməsi qadağan olundu
15.02.2019
Fransanın məktəb sənədlərində “ata və ana” sözləri işlədilməyəcək
15.02.2019
Sevgililər gününün tarixi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info