Süni intellekt beyin şişini həkimlərdən tez diaqnozlaşdırıb
Tarix: 03.07.2018 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Pekin xəstəxanalarında hazırlanan “BioMind” süni intellekti beyin şişinin müəyyənləşdirilməsində təcrübəli həkimləri üstələyib. Neyron şəbəkə vəzifəsinin öhdəsindən tez və keyfiyyətli gəlməyə nail olub.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, rəqəmli doktora və 15 aparıcı həkimə beyin şişinin olduğu ehtimal edilən xəstələrin 225 kartoçkası təqdim edilib. Neyroşəbəkə xəstəliyi 83 faiz dəqiqliklə aşkarladığı halda həkimlər bu vəzifənin öhdəsindən 63 faiz dəqiqliklə gəliblər. Beləliklə, süni intellekt qarşı tərəfi tam məğlub edib. Bundan başqa, “BioMind” süni intellekti 225 tibbi kartoçkanın öyrənilməsinə 15 dəqiqə sərf edib, halbuki həkimlər kollektivi diaqnozlaşdırma ilə təxminən 30 dəqiqə məşğul olublar.
Neyroşəbəkəyə xəstəliklərə diaqnoz qoymağı öyrətmək üçün ona Çin xəstəxanalarının arxivindən minlərlə kartoçka göstərilib. “Ümid edirəm ki, eksperiment vasitəsilə həkimlər yeni texnologiyaların gücünü başa düşəcəklər”, - Tyantan hospitalının rəhbər müavini Van Yoncin bildirib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
Macarıstan Avropa İttifaqı məkanında polisin ən az olduğu ölkədir
15.02.2019
Hindistanda yeni qurbağa növü aşkar edildi
15.02.2019
Bu qəsəbədə itlərin hürməsi qadağan olundu
15.02.2019
Fransanın məktəb sənədlərində “ata və ana” sözləri işlədilməyəcək
15.02.2019
Sevgililər gününün tarixi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info