“5G” abunəçilərinin sayı 1 milyarda çatacaq
Tarix: 03.07.2018 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


2020-ci ilədək beşinci nəsil mobil rabitə (5G) standartları geniş tətbiq ediləcək və abunəçilərin sayı sürətlə artmağa başlayacaq. Bu barədə “Ericsson” şirkətinin növbəti “Ericsson Mobility Report” hesabatında deyilir.
AZƏRTAC “Mediasat” resursuna istinadən bildirir ki, hesabata görə, 2023-cü ilədək “5G” abunəçilərinin sayı 1 milyarda çatacaq ki, bu da dünyada mobil rabitə xidməti abunəçilərinin ümumi sayının təqribən 12 faizini təşkil edəcək. Hesabat dövründə dünyada “Əşyalar interneti”nə qoşulmaların sayı 3,5 milyarda çatacaq. Hesabat müəlliflərinin fikrincə, 2017-2023-cü illərdə mobil rabitə şəbəkələri vasitəsilə ötürülən məlumatların həcmi 8 dəfə artacaq. “5G”, həmçinin internetə simsiz stasionar çıxış üçün geniş tətbiq ediləcək.
Məlumat üçün qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar
13.09.2018
Dayver köpək balığını hipnoz edib
13.09.2018
Banan yeməklə siqaret asılılığından xilas olmaq mümkündür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info