“Məşğulluq sahəsində yeni proqramlar ortaya qoymalıyıq”
Tarix: 03.07.2018 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Qarşımıza qoyulan məqsəd özünüməşğulluq proqramını ən azı 5 dəfə artırmaqdır.Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə keçirilən 4-cü təlim kursunun açılışında deyib.Onun sözlərinə görə, azərbaycanlı ailələri bu proqrama maksimum şəkildə çox cəlb edilməlidir: "Bu gün əmək bazarında özəl sektorun mühüm yer tutur. Məşğulluğun təmini ilə bağlı beynəlxalq təcrübələri ölkəmizə gətirməliyik. Çağırışlar daim yenilənir. Bu sahədə yeni proqramlar ortaya qoymalıyıq.Əmək bazarı dinamik olduğu üçün biz gənc azərbaycanlıları ən çox tələbat duyulan peşələrə yönəltməliyik. Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan şəxslərin əmək bazarına inteqrasiyası təmin olunmalıdır. Bu kateqoriyaya ölkəmizdə xüsusi önəm verilir".
S.Babayev əhalinin səmərəli məşğulluğuna yönəlik tədbirlərin gücləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu və bu sahədə dövlət məşğulluq orqanları qarşısında mühüm vəzifələr dayandığını vurğulayıb.
Nazir bildirib ki, aparılan islahatların bir istiqaməti məşğulluq xidmətlərinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında təkmilləşməsinə yönəlib: "İşsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasında məşğulluq orqanlarının daha effektiv alətlərdən istifadəyə əsaslanan səmərəli fəaliyyət mexanizminin, müasir iş modelinin qurulması üçün aparılan islahatlarda “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da yeni imkanlar yaradıb".
Digər sahələrdə olduğu kimi, bu sahədə də BƏT tərəfindən fəal dəstəyin göstərildiyini qeyd edən S.Babayev hazırda başlanan yeni təlim kursunun gənclərin məşğulluğunun təşviqi, bununla bağlı aktiv əmək bazarı siyasətləri üzrə əməkdaşların bilik səviyyəsinin artırılması, eləcə də ayrı-ayrı ölkələrin müvafiq sahədə təcrübələri ilə tanışlıq imkanı qazanmaları, təcrübə və fikir mübadiləsinin aparılması baxımından önəmini diqqətə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info