AtaBank-ın “Gələcəyimizi indidən düşünək” sosial layihəsində növbəti addımı
Tarix: 03.07.2018 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


“AtaBank” ASC-nin dəstəyi ilə təşkil edilmiş “Gələcəyimizi indidən düşünək” layihəsi çərçivəsində, 11 saylı internat məktəbinin şagirdləri bankın Azadlıq pr. 124, ünvanında yerləşən “Dostluq” filialına dəvət edilib. Keçirilən görüş zamanı “AtaBank”-ın Marketinq və Kommunikasiyalar Departamentinin əməkdaşları şagirdləri ümumi bank işi ilə tanış edərək, onlara bankın müxtəlif şöbə və departamentlərinin gördüyü işlər, bankın müştərilərinə göstərdiyi xidmətlər barəsində geniş məlumat veriblər.
Departamentin direktoru Oruc İbrahimov şagirdlərlə görüş keçirərək onları maraqlandıran suallara cavab verib, təhsilin insan həyatında oynadığı böyük roldan, bütün çətinliklərə baxmayaraq hər bir insanın öz üzərində daim işləyərək nail ola biləcəyi hədəflərdən danışıb və bir neçə ildən sonra bank sahəsində işləmək arzusunda olan şagirdlərlə eyni bankda çalışacağına inandığını qeyd edib. Oruc İbrahimov AtaBank-ın daim sosial layihələrə önəm verdiyini, bu kimi layihələrə dəstək olmağından qürur duyduğunu xüsusi ilə vurğulayıb.
Qeyd etmək istərdik ki, layihə çərçivəsində İyul ayının əvvəlində yekun tədbiri keçiriləcək və burada 11 Nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin şagirdləri ilə birgə hazırlanan qısametrajlı filmin nümayişi olacaq.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info