Pakistan-Azərbaycan biznes forumu keçiriləcək
Tarix: 03.07.2018 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Pakistanın "Rawalpindi Chamber of commerce and İndustry" (RCCİ)  Sənaye və Ticarət Palatasının təşkilatçılığı ilə Pakistan-Azərbaycan biznes forumu keçiriləcək. 
Bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bu gün keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, məqsəd iki ölkə arasında ticarət əlaqələrini inkişaf etdirməkdir: “Düşünürəm ki, bu forum Azərbaycan üçün faydalı olacaq”.
Sənaye və Ticarət Palatasının sədri Zahid Latif Xan forumda iştirak etmək üçün Pakistandan 450-dən çox tekstil, kimya, plastik, mebel, qida, konstruksiya və digər sahələr üzrə ticarət nümayəndələrinin Azərbaycana gəldiyini söyləyib: “Azərbaycan və Pakistan biznesinin nümayəndələri arasında görüşlər təşkil edilərək gələcək sərmayə planları müzakirə olunacaq”.
Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk üç ölkədən  biri olduğunu  vurğulayan Z. L. Xan qeyd edib  ki, Pakistan bir çox sahədə Azərbaycanla  əməkdaşlığa maraqlıdır: “Pakistanda olmayan meyvələri  Azərbaycandan ala bilərik”.
Daha sonra çıxış edən RCCİ-nin keçmiş prezidenti Sohail Altaf forumun iki ölkə arasında sənaye, turizm və digər sahələrdə əlaqələrin inkişafı məqsədini  daşıdığını söyləyib. O, forumdan sonra investisiya, biznes, iqtisadiyyat sahələrində irəliləyişlərin  əldə ediləcəyinə inandığını bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2020
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür
22.02.2020
“Azeri Light”ın bir barrelinin qiyməti 60,21 dollara düşüb
22.02.2020
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22.02.2020
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21.02.2020
Keçən ay dəmir yolu ilə 412,3 min ton yük daşınıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Prezident: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil
4 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
5 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info